Ağıllı və axmaq Svitçlər arasındakı fərq nələrdir?

Salam. Ağıllı və axmaq Svitçlər arasında fərqlər nədir.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1942 dəfə

Cavablar ( Ağıllı və axmaq Svitçlər arasındakı fərq nələrdir? )

  1. Salam,

    Sualdan başa düşdüyüm qədər “ağıllı” svitç dedikdə – switch, “axmaq” svitç dedikdə isə – hub nəzərdə tutulur. Bunun belə adlandırılmasına səbəb sadalanan avadanlıqların işləmə prinsipinə görədir.

    Hub-un “axmaq” adlandırılmasının səbəbi isə onun paylaşılmış (shared) seqment olmasıdır. Yəni hub yalnız göndəriləcək siqnalların gücləndirilməsinə və bütün portlardan hər kəsə göndərilməsinə xidmət edir. Məsələn huba qoşulu olan 4 komputerdən (A,B,C,D) A-dan B-yə məlumat göndəririksə, hub bu məlumatı bütün portlardan B,C,D yə ötürəcəkdir. Halbuki  B və C bu məlumatın onlara ötürülməsində maraqlı deyillər. Bu səbəbdən də Hub “axmaq” avadanlıq adlandırılır. Müasir dövrdə demək olar ki, Hub istifadə edilmir. Bunun əvəzinə svitçlərdən istifadə olunur.

    Switchin işləmə prinsinpləri haqqında bu məqalədən, funksiyaları haqqında isə bu məqalədən oxuya bilərsiniz.

    Svitçləri isə həm də idarə ediləbilən və edilə biləməyən kimi 2 qrupa ayıra bilərik. Cisco,Juniper,Huawei və s. kimi populyar svitçlərin çoxu inzibatçı tərəfindən sazlana bilir. Yəni biz həmin svitçlərdə VLAN,ACL,Port-Security və s. kimi sazlamalar apara bilərik. Buna görə də bu svitçlər idarəoluna bilən svitçlərdir. Digər bazarda satılan nisbətən ucuz olan, yalnız bizim şəbəkədəki avadanlıqlar arasında əlaqə yaradan və heç bir yuxarıda sadalanan sazlamalar mümkün olmayan svitçlər isə idarə oluna bilməyən svitçlər qrupuna aiddir.

    Əlavə sual varsa buyurun.

    Hörmətlə

    Rizvan

Cavab yazın