Azərbaycanda İT mütəxəssislərə tələbat

Salam.. Azərbaycanda İT mütəxəssislərə tələbat nədir? nə qədər tələbat var? Bu haqda geniş məlumata ehtiyacım var.. Mənbə göstərə bilərsiz? hardansa oxuya bilərəm?

 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2745 dəfə

Cavablar ( 2 )

  1. Salam.Əvvala onu deyim ki Azərbaycanda çox yerdə İT dedikdə  İT-yə aid nə iş varsa bütün işləri görə bilən “mütəxəssis” yada düşür.Bu sözü dırnaq içərisində yazmağımın səbəbi odur ki bəzi özlərini İT mütəxəssis kimi göstərən insanlar adi CV təşkil edəndə və yaxud hər hansı bir şirkətə CV göndərəndə CV-də şəbəkə administratoru sistem administratoru helpdesk və dizayner işlərini bacardıqlarını yazıb və əmək haqqı olaraq isə 400-500 azn tələblərini bildirirlər.Bu isə ayrı ayrılıqda professional şəkildə bu işləri görən mütəxəssislərin işinə manə olur və İT -nin dəyər səviyyəsi aşağı düşmüş olur.Nəzərə alsaq ki,bu ixtisasları ayrı ayrılıqda öyrənib və lazım olduqda sertifikat almaq elə də asan iş deyil.Halbuki digər dövlətlərdə elecə də bizim ölkədəki olan hər işin öz mütəxəssini işə cəlb edən şirkətlərdə İT – nin sahələri üzrə mütəxəssislər işə cəlb edilir və onlara ayrı ayrılıqda haqqı olan dəyəri və əmək haqqı verilir.Misal üçün şəbəkə işini görən mütəxəssisə Şəbəkə administratoru,serverləri idarə edən mütəxəssisə Sistem administratoru və  şirkətin sayt və digər programlarla bağlı işləri görən mütəxəssisə isə Programist adlanır.İndiki zamanda Azərbaycanda İT-yə tələbat var ama IT-nin qolları çoxdu,əsas odu bu qollar barədə biraz məlumat əldə edib və hansını seçmək lazım olduğuna əmin olduqdan sonra lazımı kurslara profesionallara müraciət edib bu sahə üzrə kurs keçməlisiniz.Misal üçün Programist olmaq üçün yaxşı riyazi və məntiqi savad lazımdır digər ixtisaslarında özünə məxsus çətinlikləri var.Kurs isə məsləhət olaraq Edutech kursunu göstərə bilərəm.

Cavab yazın