Bəzi kompüterlər DHCP üzərindən avtomatik İP ala bilmir

Salam Eziz form istifadəçiləri. belə bir problemlə üz-üzə gəlmişəm : Userlər şəbəkə kabelin taxdıqda DHCP onlara İP vermir ya APİPA-dan alirlar İP-ni yada şəbəkə uzun müddət idintefikasiya edir və dayanır. wi-fi access pointlər problemsiz işləyir və İP verir. İstifadəçini DHCP-də reservə edən kimi LAN vastəsi ilə problemsiz İP alır. reservə olunmuş PC və notebooklarda bu problem yaşanmır yalnız adi DHCP brodcast edən hostlarda olur. elədiyim variantlarən heç bir köməyi olmadı : 1) DHCP server restart 2) DHCP client restart və digər standart prssedurar. Aqlima bir fikir gəlir amma bilmirəm kömək edər ya yox DHCP pool 69 % doludur onu boşaldmaq istəyirəm. Zəhmət olmasa təkliflərinizi və köməyinizi əsirgəməyin.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1392 dəfə

Cavablar ( 10 )

  1. Salam Aleykum Cavid!
    Cavid, Event`ə bax gör, bir şey düşüb ora?
    Bu ancaq VVin7`lərdə belə olur ya XP`lərdə?
    Bundan əlavə əgər şəbəkəndə başqa bir DHCP paylayan cihaz(AP və.s bunun kimi) varsa, onların hamısını söndür, bundan sonra yoxla.
    Sonra əmin ol ki, istifadəçi tərəfində DHCP Enabled`dir.
    CMD`dən baxa bilərsən, İnşAllah.

    • Aleykum Salam Fərhad. cox saq ol məsləhətinə görə. Allah razı olsun. dediklərini yoxladım və belə bir nəticə :
      1)şəbəkədə ki bütün istifadəçilərdə DHCP enabledir. Hətta bunun üçün GP-i tətbiq etmişik .
      2) şəbəkədə ki AP-lərdə söndürürəm yenə həmən şey olur. (əslində wi-fi ilə qoşulan user-lər İP alır problemsiz)
      İndi belə bir şey var : Bundan öncə normal işləyirdi hər şey. Məncə bu cisco switchlərdən idi bu yaxınlarda orda DHCP spoofing önləmək üçün şəbəkə administratoru DHCP bir porta bağladı bundan sonra yaşandı bu problemler. Günahı onun boynuna atmaq istəyirdim ki ;) ( yaxın qardaşdı bilirəm incimir belə hallarda :D )
      Amma bir Maraqlı şey baş verdi şəbəkəyə test üçün XP daxil elədim və problemsiz İP aldı. Amma windows 7-lər almır. Net. Admində deyir mənlik bir şey yoxdu… NAP-ı yoxlamışam heç bir qeyri adi configuration yoxdu standart bundan öncə necə indidə elə.
      Fərhad birdə bir məsləhət ver pool-da 31% boş yer qalıb səncə onu boşaldım ??
      düzü artıq bilmirəm nə edim.. bildiym hər şeyi yoxlamışam…. 1-ci gün artıq İT manager özü müdaxilə edəcək və baxacaq əgər mən yenədə eliyə bilməsəm……

      • Salam Cavid bəy.

        Normalda təsadufi baş verir bu hal, Fərhad bəy qeyd edib, DHCP paylayan cihazlar bir neçə ədəddirsə, zəhmət olmasa onları söndürüb test etəmkdə yarar var. Digər məsələ, həmin komputerlər üzərində firewall və antivirusları söndürüb, yenidən yoxlayın.

      • Mövzunu bir az gec post etdiyim üçün üzürlü hesab edin. Baxıram başqa nəticələr əlavə etmisiniz. Poll 80% qədər çatdığı zamanlar olub, bu şəkildə sıxıntı mövcud olmayıb. Bir sual yönlədirmək istəyirəm ki, siz XP ilə sınaqdan keçirdiyinz kompüteri eyni W7 olan port üzərindən yoxladınız ? Cisco avadnlığında portlardakı sazlamalarda fərq ola bilər. Əgər Cisco üzərində hüququnuz varsa həmin port altındakı configi burda qeyd edin zəhmət olmasa.

        • Bəli Elguc m. eyni portdur 100%. təqribi qısa tapaloqiya belədir : hər mərtəbədə bir switch var. hamsı ümumi bir switch-də birləşir. bu hal bütün mərtəbələrdə baş verir. Mənim üçün cox maraqlı olan XP-nin İP almasıdı və bu məsələnin hansı layer-də baş verməsidi yəni network yoxsa OS-du günahkar.Əgər network-sa 4-cü layer-dən aşağı mənlik deyil :D 1-ci gün hər şey məlum olacaq. mütləq yazacaqam burda. P.S : Cisco configi 1-ci gün alınsa yerləşdirəcəyəm. çünki mən switchin username və pass. bilmirəm həmdə bunu net.admin-lə etsəm daha yaxşı olar…

        • Siz xoşbəxt insansınız, birinci dəfədir ki, profilləşmiş iş prinsipinə rastladım. Wireshark vasitəsilə analizlər apara bilərsiniz. W 7 üzərində Antivirus və Firewallu söndürüb zəhmət olmasa aşağıdakı əmrləri icra edin.

          ipconfig /release
          ipconfig /renew

        • Elgüc m. dəyərli məsləhətlərə görə çox-çox sağ olun. Allah razı olsun. Wireshark 1-ci gün mütləq yoxlayacaqam. İlk gördüyüm iş ipconfig /release və renew idi. Hətta heç bir aidiyyatı olmasada hər ehtimala qarşı flushdns-də verdim ))))) kömək olmadı. Addım-addım, üzü yuxarı qalxmışam, artıq biliyimində pik nöqtəsindəyəm )))).

        • Wireshark sizə aydın nəticəni göstərəck. Uğurlar.

  2. Cavid, Elgüc müəllim hər bir şeyi izah edib.
    İstərdim yaşadığım bir təcrübəni bölüşüm.
    Cavid, əgər XP normal İP alırsa, 99% əminliklə deyə bilərəm ki, sənin şəbəkəndə ayrı DHCP paylayan cihaz var, ona görə VVin7`lər İP ala bilmir.
    Bu halla rastlaşmışdım.Şəbəkədə AP var idi.Kimsə orada DHCP`ni aktiv etmişdi, bundan sonra heç bir VVin7 İP ala bilmirdi.Bütün AP`ləri söndürüb, yoxladıqdan sonra hər şey qaydasında oldu. Sizdə ola bilsin ki, bu AP deyil, amma buna bənzər bir cihaz var.

  3. Problem həll oldu. düzü cox axmaq həll yolu idi və mən cox əsəbləşdim. ilk növbədə bütün AP-ri söndürdüm və test elədim alınmadı. axırda log file-rı təmizlədi DHCP pool təmizlədi Temp file təmizlədi DHCP client service restart DHCP server restart və hər şey normal işlədi. bunu DHCP client service restart DHCP server restart dəfələrlə etmişdim alınmırdı. deməli bu ya pool ya log file-ər yada temp-lik nəsə var imiş.

Cavab yazın