Bakinternet

Salam.

Bizim ATS-lə Bakinternetdən başqa heç ISP işləmir.

Nə məsləhət edirsiz, Sizcə Bakinternetə qoşulmağa dəyər yoxsa bu mənim üçün sadəcə əsəb pozuntusu olacaq?

Ən pis halda download speed 100-150 kbit/s olsa bəsdi, heç olmasa saytlardakı məqalələri oxuya bilim. Digər file download işlərimi internet klubda edə bilərəm.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2099 dəfə

Cavablar ( 2 )

  1. Salam.

    Düşünürəm ki, yoxlamağa dəyər. İnternetin nece işləməyinə Bakinternetdən başqa bir çox amil təsir edir. Bunlara ATS, telefon xəttləri, quraşdırıal modem və s.

    Müxtəlif adamların razı və narazı olsuqlarını eşitmişəm. Nəzərə alsaq ki, alternativ variant yoxdur, qoşulub yoxlayın.

    Uğurlar.

  2. Salam.

    Mən artıq 6 ildir ki Bakinternetdən istifadə edirəm və ilk illərdə qiymətlər baha olduğundan ödədiyim pul miqdarına görə internetin sürəti  100-200 kbit/s arası idi. Qiymətlərdə endirim olduğunda sonra artıq 2-3 ildir ki ,interneti sürəti  300-450 kbit/s -ə qədər qalxıb. Hətta bir neçə gün bundan əvvəl qonşularında (Modemin kodunu qıraraq) mənim internetimdən istifadə etdiyini biləndən və modemi sıfırlayıb  WiFi-ın kodunu, adını dəyişib, adını gizli etdikdən sora bir müddətlik 480-550 kbit/s internet sürəti əldı etdim. Ancaq sizdə mən dediklərim kimi olmaya da bilər. Elvin bəyin dediyi internetin sürəti bir çox amildən asılı ola bilər.

    Birdə mən məsləhət görərdim ki interneti ya lan portu vasitəsi ilə WiFi-ı söndürərək , ya da (WiFi-ı işlətmək istəyirsinizsə) WiFi-ın SSİD-ni gizli etməklə işlədin

    Uğurlar.

Cavab yazın