Bir kompüterdən necə DHCP request göndərmək olar?

DHCP serverə bir komputerdən 1 neçə dhcp request göndərmək mümkündür mü?

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1271 dəfə

Cavablar ( 3 )

  1. Hikmət bəy,

    əgər təyin etdiyimiz İP aralığı bitmişdirsə DHCP İcarəyə verdiyi İP-lərdən hansının istifadə edilmədiyinə baxır. Bu prosesin necə olduğu ilə bağlı yuxarıda qeyd etdiyim məqalədə ətraflı misal göstərilib. Əgər təyin edilmiş müddət ərzində yoxlamalara (icarə müddətinin 50%-i, 75% və 87,5 %-lərində göndərilir) Client (host) cavab verməyibsə, həmin İP yeni bilgisayara təyin edilir.

    Yox əgər bütün İP-lər aktiv olaraq istifadə edilirsə, İP-lərdən biri sərbəstləşənədək DHCP-dən İP almaq mümükün olmayacaq. 

    Belə bir vəziyyətin yaranmaması üçün DHCP server İP hovuzunun dolması ilə bağlı məlumatlandırır. Sistem və ya şəbəkə inzibatçısının borcu uyğun İP Class istifadəsinə keçməkdir. Yəni, istifadəçi sayı çoxalırsa B və ya A class İP aralığına keçid etmək lazımdır. 

    DHCP serverə olunan hücuma gəldikdə isə, bu praktik bir şey deyil. DHCP serverə hücum etməyi özünə iş sayan “Hacker”-lərlə “update olunmamış” antiviruslada mübarizə aparmaq olar. 😉

    Hörmətlə, 

  1. Hikmət bəy, salam.

    Sual ətraflı olmadığı üçün, anladığım kimi izah etməyə çalışım.

    Hər bir şəbəkə kartı DHCP serveri tapıb özünə İP almaq üçün bir neçe sorğu göndərir. Bu sorğulara qısa olaraq DORA deyilir. (Discovery, Offer, Request, Acknowledgment)

    Bu sorğularla bağlı məlumat üçün MƏQALƏ-dən yararlana bilərsiniz.

    Əgər hostda 1-dən daha çox şəbəkə kartı varsa, o saya uyğun olaraq bu sorğular təkrarlanacaq.

    Portalımızda Linux, CİSCO üzərində DHCP qurulması, Failover  və DHCP ilə bağlı digər məlumatlar üçün axtarış bölməsindən istifadə edə bilərsiniz.

    Uğurlar.

    • Salam Elvin bəy.

      Əslində demək istədiyim, DHCP serverdə , start ip 192.168.1.1 , subnet mask 255.255.255.0 isə 254 hostun ip request mesajına cavab verir, əgər bu 254 ip verilmişsə yeni bir kompüter ip əldə edə bilər?

      Ya da bir DHCP serverə attack kimi , serverə requestlər göndərilərək  sıradan çıxarılması mümkündür?
      Təşəkkürlər

      • Hikmət bəy,

Cavab yazın