Boz rəngli ekran problemi

Salam,

Dünən online oyun oynayan zaman ekran boz rəngə çevrildi. Heç nə görsənmirdi. Klaviaturanın işıqlarıda yanmırdı. Təxmini olaraq 2-3 saat olardı ki, oyun gedirdi. Bunnan əvvəldə bir neçə dəfədə bu problemlə qarşılaşmışam. Bu problem nədən qaynaqlana bilər?

Sistemin xüsusiyyətləri:

ƏS: 64-bit Windows 10

AMD Sempron 140 Prosessor 2.70GHz

2gb ram

Videokart: Nvidia GeForce 8200 (əlavə qoşulan videokart deyil)

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1243 dəfə

Cavablar ( 3 )

  1. Salam.

    Söndürüb-yandırdıqdan sonra düzəlirmi? Çox güman ki, tempraturla bağlı problemdir. Böyük ehtimalla videokart qızdıqı üçün belə problem yaşayırsınız.

    Uğurlar.

  2. Salam.

    Nvidiaya aid olan programları, driverları ve s. silin ve pc ye restart atın. Sonradan ise driverleri geforce experience deyil nvidianın öz saytınnan yükleyin.

    http://www.nvidia.co.uk/download/driverResults.aspx/73250/en-uk

  3. Cavablarınıza görə təşəkkür edirəm

Cavab yazın