CCNA sual

Hörmətli Şəbəkə mütəxxəsisləri xahiş edirəm bu sualla baqlı mənə kömək edəsiniz.

The network administrator is asked to configure 113 point-to-point links. Which IP addressing
scheme defines the address range and subnet mask that meet the requirement and waste the
fewest subnet and host addresses?

A.
10.10.0.0/16 subnetted with mask 255.255.255.252

B.
10.10.0.0/18 subnetted with mask 255.255.255.252

C.
10.10.1.0/24 subnetted with mask 255.255.255.252

D.
10.10.0.0/23 subnetted with mask 255.255.255.252

E.
10.10.1.0/25 subnetted with mask 255.255.255.252

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 681 dəfə

Cavablar ( 14 )

  1. Salam. Sualda bizdən Phoenix routerin LAN-larin soruşur ( digər router və şəbəkələrə baxmayacağıq). Bu routerdə 4 şəbəkə var:

    1. 1-ci şəbəkə 10.4.0.0/24
    2. 2-ci şəbəkə 10.4.1.0/24
    3. 3-cü şəbəkə 10.4.2.0/24
    4. 4-cü şəbəkə 10.4.3.0./24

    Şəbəkələri “summary” edək. 3 cü – dəyişən oktetə görə hesablanacaq ( Məsələn: 10.4.0.0, 10.4.1.0… ). İki üsulla hesablaya bilərik , sadə və rahat yolu seçək, bitərlə hesablasaq vaxt itirəcəyik, ümumi şəbəkələrin sayından lazim olan şəbəkələri çıxacağıq: 256-4=252 , Subnet Mask belə olacaq: 255.255.252.0 = /22  . 10.4.0.0/22  Cavab: D

    Qeyd edək ki, şəbəkədə İnternal EİGRP istifadə olunub. Bu sualın cavablandırılmasında heç bir önəm daşımasa da digər suallarda sənə kömək edə bilər.

     

  1. Salam əziz qardaşımız. Bu  sual bir çox cisco CCNA-yə hazırlaşan fərdləri çaşdıra bilər. Səbəb odur ki, subneting İCND1 hissəsinin ilkin mövzularındandır. PPP (Point-to-Point) isə İCND2 son WAN network olan bölümdə izah olunur. Diqqət edilməsi gərəkən yer bu hissədir.

    Sualda bizdən 113 PPP qoşulma tələb olunur. Bu isə router -router arasında olan qoşulma növüdür. Cavabların hər birinə diqqət etsək mask 255.255.255.252 yəni CİDR 30 la qurulacaq əlaqələrdir ki, bu öz növbəsində ip range-dən təssarrüf etmək üçün hər zaman 30 seçilir.

    Yuxarda yazdıqlarımdan da aydın olduğu kimi bizdən 113 ədəd subnetə uyğun gələn range soruşulur bu isə öz növbəsində belə hesablanır

    B klass subnetingdə yalnız dəyişən hissədəki 1-lər hesablanır

    subnet= 2^n  n birlərin sayıdır

    10.10.0.0/23 —–> dəyişən hissə x.x.11111110.00000000

    Cavab: 2^7=128    113<128   113-ə uyğun gələn ən yaxın subnet.

    D doğru cavabdır.

     

     

  2. Salam

    255.255.255.252 yəni /30 – 4 ip address  (2 usable, 1 network, 1 broadcast) olan 113 şəbəkə,  452 (113×4) host lazımdır, 113  şəbəkə 64< 113 <128  arasındadir , 64 az olduğudan 128-i götürəcəyik, 128 = 7 bit . 30 – 7 = /23.  Host hesablayanda 452 host 256<452<512 aralığındadır, 512=9 bit, 32 – 9 = /23

    A və B variantların da istifadə etmək olar amma sualda ən az şəbəkə və host addres soruşduğu üçün D variantı düzgün cavabdır

     

     

  3. Əziz Qardaşlar.Çox saqolun.Bu sual tam aydın oldu. Hər ikinizə minnətdaram

  4. Növbəti sualımı yazım-)

    ccna

    The Lakeside Company has the internetwork in the exhibit. The administrator would like to reduce
    the size of the routing table on the Central router. Which partial routing table entry in the Central
    router represents a route summary that represents the LANs in Phoenix but no additional
    subnets?

    A.
    10.0.0.0/22 is subnetted, 1 subnets
    D 10.0.0.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1

    B.
    10.0.0.0/28 is subnetted, 1 subnets
    D 10.2.0.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1

    C.
    10.0.0.0/30 is subnetted, 1 subnets
    D 10.2.2.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1

    D.
    10.0.0.0/22 is subnetted, 1 subnets
    D 10.4.0.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1

    E.
    10.0.0.0/28 is subnetted, 1 subnets
    D 10.4.4.0 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1

    F.
    10.0.0.0/30 is subnetted, 1 subnets
    D 10.4.4.4 [90/20514560] via 10.2.0.2, 6w0d, Serial0/1

    • Salam. Cəmil bəy, növbəti sualı yeni sual olaraq yerləşdirin zəhmət olmasa. Həmçinin suala uyğun başlıq yerləşdirin ki, axtarış edən dostlarımız axtardıqlarını tapa bilsinlər. 

       

  5. İlkin bəy,

    Çox gözəl və dəqiq izah vermisiniz. Zehninizə qüvvət.

     

    Hörmətlə,

    Rizvan Bayramov

  6. Salam. Sualda bizdən Phoenix routerin LAN-larin soruşur ( digər router və şəbəkələrə baxmayacağıq). Bu routerdə 4 şəbəkə var:

    1. 1-ci şəbəkə 10.4.0.0/24
    2. 2-ci şəbəkə 10.4.1.0/24
    3. 3-cü şəbəkə 10.4.2.0/24
    4. 4-cü şəbəkə 10.4.3.0./24

    Şəbəkələri “summary” edək. 3 cü – dəyişən oktetə görə hesablanacaq ( Məsələn: 10.4.0.0, 10.4.1.0… ). İki üsulla hesablaya bilərik , sadə və rahat yolu seçək, bitərlə hesablasaq vaxt itirəcəyik, ümumi şəbəkələrin sayından lazim olan şəbəkələri çıxacağıq: 256-4=252 , Subnet Mask belə olacaq: 255.255.252.0 = /22  . 10.4.0.0/22  Cavab: D

    Qeyd edək ki, şəbəkədə İnternal EİGRP istifadə olunub. Bu sualın cavablandırılmasında heç bir önəm daşımasa da digər suallarda sənə kömək edə bilər.

     

  7. İzah üçün çox saqolun. Bəs via 10.2.0.2, 6w0d, Serial0/1 -bu nə demək olur?

    İnternal EİGRP isifadə olunduqunu necə müəyyən etdiniz?

     

  8. Təşəkkür edirəm Rizvan bəy, mənim Ağa Hüseynov və Rizvan Bayramov kimi müəllimlərim olub.

  9. Cəmil bəy,

    via 10.2.0.2 – bu route informasiyasını hansı routerdən daxil olduğunu göstərir,

    6w0d – 6 həftə bundan əvvəl bu route informasiyası daxil olub

    Serial0/1  – paketlər lokal routerimizin bu interface-indən göndəriləcək.

     

    Yəni, 10.0.0.0/22 şəbəkəsinə gedən paket routerimiz tərəfindən Serial0/1 interfac-dən 10.2.0.2 yə göndəriləcək.

     

    Hörmətlə,

    Rizvan Bayramov

  10. Cəmil bəy ,

    Routerlər bir-birinə serial interface vastəsilə qoşulublar: Chentral routerin S 0/1 portu Phoenix routerin S 0/0 prtuna qoşulub. Bu portlara 10.2.0.0/24 şəbəkəsi verilib. 10.2.0.2 də S0/0 portun ipsidir.  Yəni 10.4.0.0 şəbəkəsi 10.2.0.2 ipsi ilə S0/1 portuna qoşulub.

    Şəbəkədə hansı rout pratakol istifadə olunduğunu “D” hərfindən və “90” Administrativ Distansdan bildim. Bəzilərin burda qeyd edirəm :

    1. C              Directly Connected       0
    2. S              Static                                1
    3. D             EIGRP                             90
    4. O             OSPF                               110
    5. R             RIP                                  120
    6. EX          EIGRP External            170

     

  11. 90/20514560 deməli burdakı 90 Administrativ Distans bildirir. Bəs 20514560?

     

  12. Cəmil bəy,

    Bu rəqəm EİGRP-nin metrikidir. Hesablanma qaydası: EIGRP Metric = 256*(Bandwidth + Delay)

  13. Əla.Maşallah

Cavab yazın