Cisco IP Telefon

Salam. Cisco IP telefonunu ev şəraitində necə qurmaq və istifadə etmək olar. Domain olmadan da işləyirmi?

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 2065 dəfə

Cavablar ( 3 )

  1. Salam,

    İP telefoniya hər bir halda qurmaq olar istər evdə işlətmək, istərsədə lab üçün. Domain adla heç bir bağlılıq yoxdur. Sadəcə fikrinizi və nə etmək istədiyinizi bölüşsəz kolleqalarımız kömək etməkdə çətinlik çəkməsinlər.

    Uğurlar

    • Salam. Cavabınız üçün təşəkkür edirəm. Sualım tam olaraq belədir: Cisco İP telefon alıb ev şəraitində static ip verib onu necə işlədə bilərəm və mənim telefon nömrəm necə olur?

      Və başqa telefonlara məsələn Amerikada olan ip telefona zəng edə bilərəmmi, bilərəmsə əlavə pul ödəməliyəmmi? Mobil telefona necə zəng edə bilərəm?

      Və ən əsası bütün sazlamaları etmək üçün mənə hansısa server və ya smart switch lazimdirmi?

  2. Salam,

    Bəli mümkündür.

    İp telefoniya qurulumu üçün sizə xüsusi avadanlıq və soft-lar lazım olacaqdır. Sizin daxili nömrəsiniz özünüz tırıfindən tıyin olunur və çölə zəng zamanı İSP tərəfindən sizə ayrılmış nömrə ilə  çıxamalısınız. Yəni sistem ele sazlanmalıdır ki, daxili nömrədən mobilə zəng vurularkən sistem başa düşsün ki bu zəng  çölə gedir.Sazlamaları aparmaq üçün  POE və voice dəstəkləyən svitç lazım olacaqdır.  O ki qaldı  zənglərə o SİP nömrəni alacagınız şirkətin tarif cədvilinə uyğun olacaqdır. Adətən dovlətin qiymət cədvəlinə uyğun olur.

     

    https://www.cisco.com/c/en/us/products/unified-communications/unified-communications-manager-express/index.html

    https://www.cisco.com/c/en/us/products/unified-communications/unified-communications-manager-callmanager/index.html

     

    Uğurlar

Cavab yazın