Collusion Domain və Broadcast Domain

Collusion Domain və Broadcast Domain  və aralarındakı fərq nədir?

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 2413 dəfə

Cavablar ( 4 )

  1. Salam,

    Collision Domain – ötürülən məlumatların bir-biri ilə toqquşa biləcəyi ehtimalı olan şəbəkənin bir hissəsidir. Collision – göndərilən məlumatların toqquşması deməkdir. Bu cur toqquşma ənənəvi paylaşılmış şəbəkə seqmentlərində mövcud olur. Misal olaraq HUB paylaşılmış şəbəkə əmələ gətirdiyinə görə HUB-a qoşulmuş avadanlıqların ötürdüyü məlumatlar bir-biri ilə toqquşur. Və bu HUB-a qoşulmuş bütün avadanlıqlar 1 eyni Collision Domain sayılır. Switch isə toqquşmanın qarşısını aldığına görə onun hər bir portu ayrı bir collision domain-dir. Aşağıdakı birinci şəkildə HUB, ikinci şəkildə Switchin əmələ gətirdiyi collision domainləri görə bilərsiniz:

    hub-domainswitch-domian

    Broadcast Domain – ötürülən broadcast məlumatlarının şəbəkədəki miqyasını təyin edir. Broadcast – şəbəkədə məlumatın ötürülmə üsullarından olub, ötürülən məlumatların bütün qəbuledicilər tərəfindən qəbul edilməsidir. Bir avadanlıq tərəfindən ötürülən broadcast məlumatı şəbəkədə hansı avadanlıqlar tərəfindən qəbul ediləcəkdirsə, həmin avadanlıqlar məlumatı ötürən avadanlıqla eyni 1 broadcast domaində mövcuddurlar deməkdir. Aşağıdakı rəsimdə isə broadcast və collision domainlərin birgə mövcud olmasını görə bilərik:

    broadcast-domain

    Gördüyümüz kimi hər hansı bir komputerin ötürdüyü broadcast məlumatı bütün şəbəkə boyu yayılaraq Router-ə qədər gəlib çatacaq. Router isə həmin broadcast ötürmənin qarşısını alır. Bu da o deməkdir ki, Routerin sol tərəfində yerləşən bütün avadanlıqlar eyni bir broadcast domaində mövcuddurlar.

    Uğurlar,

    Rizvan Bayramov

  2. Ətraflı məlumata görə təşəkkür edirəm

    • Ibrahim bəy,

      Sualın cavabı sizi qane etdisə, cavabı “Ən Yaxşı Cavab” olaraq qiymətləndirə bilərsiniz. Həmçinin, cavabı öz dostlarınızla da bölüşməyi unutmayın ki, faydalılıq əmsalı çox olsun. 😉 

      Bilik Paylaşdıqca Artan Sərvətdir…

      Təşəkkürlər. 

  3. İbrahim bəy,

    http://www.technet.az/2015/05/20/s%C9%99b%C9%99k%C9%99d%C9%99-m%C9%99lumatlarin-oturulm%C9%99si-usullari/

    Məqalədə şəbəkədə mövcud olan ötürmə üsulları ilə tanış ola bilərsiniz.

    P.S – Məqaləni sizin sualdan sonra yazmağa qərar verdim 🙂

    Uğurlar,

    Rizvan Bayramov

Cavab yazın