.dll fayllarla bağlı problem

Digər bir sualım isə odur ki, keçən dəfə Microsoft-un rəsmi veb-saytından Windows 10 yüklədim. Format uğurla başa çatdı. Amma elə proqramlar vardı ki, onlar yüklənmirdi. “***.dll” formatında faylda problem var idi. Hal-hazırki, Windows 7 Professional sistemimdədə  bəzi oyunlarda bu problem meydana çıxır. Bunu necə həll edə bilərəm?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1093 dəfə

Cavablar ( 3 )

  1. Salam,mümkünsə problemin şəklini çəkib yerləşdirə bilərsinizmi?

  2. Bu problem daha çox DirectX-in olmamasından irəli gəlir. Yəni 3d qrafikasını dəstəkləmək üçün bunu yükləmək lazımdır. Bu problem daha çox 3d oyunlarda özünü göstərir.

    Directx-in son versiyasını yükləyin. Güman edirəm ki, problem həll olar.

  3. Çox sağolun. Ramil bəy problem əvvəllər olurdu. İndi olmadığına görə şəkilini ata bilmədim.

Cavab yazın