Dns exception record

Salam

Dns zone yaradarkən exception qoymaq istəyirəm bu barədə məlumatı olanlar zəhmət olmasa fikirlərini bölüşsə yararlanardıq.
problem budurki iş yerinin hostingi localda yerləşir və dns də onu qeyd etmişik ancaq mail xidmətini kənardan aldığımız üçün mail.company.com yazarkən mail serveri tapmır  dns də mail.company.com yazaraq bunu müvəqqəti həll etmək olur ancaq mail xidməti verən şirkətində ip ləri mütəmadi dəyişdiyindən bu  prosesi tez tez yoxlamaq və mövcud update olunmuş ipləri yazmaq  lazım olur  yaddan çıxan bir ip qaldıqda və kiminsə bəxtinə bu ip düşdükdə mail yenə açılmır . sualım isə odurki dns əlavə edərkən *.company.com x.x.x.x şəklində əlavə edərkən hardasa və ya nə cürsə exception subdomain əlavə etmək olurmu yəni mən mailin iplərini bir bir yazmayım mail  root dns dən axtarsın

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 609 dəfə

Cavablar ( 2 )

  1. Salam gözəl sualdı demək əsn birdənə primary zone  yaradırsan company.com adında primary zone yaradırsan və mail.company.com A record yaradırsan və public ipni əlavə edirsən həmin recorda qeyd edirsən işləyəcək

  2. Salam, sualınızı biraz da dəqiqləşdirəm üçün, mən də sizə bir sual vermək istərdim.

    Mail xidməti verən şirkətində ip ləri mütəmadi dəyişdiyindən bu prosesi tez tez yoxlamaq və mövcud update olunmuş ipləri yazmaq lazım olur.

    Mən belə başa düşdüm ki, sizə mail xidməti göstərən şirkətin IPsi tez-tez dəyişir. Yəni, mail serverin IPsi tez-tez dəyişir. Düzdür?

Cavab yazın