DNS səhifəni tam açmaqa imkan vermir.

Salam forum! Burda yeniyəm. Ciddi problemim var ümid edirəm ki burda kömək tapacam.

İlk növbədə qarşıdan gələn Yeni İl münasibəti ilə sizi təbrik edirəm, və qarşıdan gələn ildə sizə işdə və  həyatınızda uğurlar arzulaylram.

Deməli problem pzü nədədir.

Məndə domen var. Tutaq ki adı “Serur.az”-dı. Bu şirkətin veb səhifəsi var.  Onun da dı domenin adı ilə eynidir – “Serur.az”. İndi bu əvvəl ümüumiyyətlə “Serur.az” veb səhifə resolve olunmurdu. Mən IIS qaldırdırdım, HTTP Redirect de “Serur.az”-ı “www.Serur.az” qeyd olunub. DNS Serverdə 2 dənə Host A əlavə elədim. Biri “www” recordudu – veb  səhifənin WAN IP-si qyd olunub, digəri isə boş DNS recor həmin veb səhifənin WAN IP-si ilə (same as parent directory).

İndi Veb səhifə resolve olunur və açılır. Amma açılmasa idi bunnan yaxşı olardı 🙂 Məhz o domendə və məhz bu veb səhifə yarımçığ açılır (kliklə baxmaq üçün) Bu istənilən hostda belə açılır. Hostlar İP-ləri DHCP vasitəsi ilə alır. Local DNS ip 10.0.10.2-di. Amma mən götürüm DNS IP-ni dəyişim 8.8.8.8 və ya başqa bir WAN IP qoyum o veb səhifə çiçək kimi açılır.

Əgər kimsə belə bir problemlə üzləşibsə xahiş edirəm ki mənə kömək etsin.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1795 dəfə

Cavablar ( 9 )

  1. Salam. Reverse lookup zone-a daytın PTR ı əlavə edin.

  2. Mobil telefondan yazdığım üçün şəkil əlavə edə bilmədim. DNS manager dən Reverse Lookup Zones-a  saytin recordunu (ptr)  əlavə edin.

      • Vusal / . Dərc edilib:A 31/12/2015 at 12:00 AM
        Səs: 0. Bəyənilsin Zəifdir

      Salam. Reverse Lookup zone de mucafig zone mov usdur her iki PTR recordla

    • Vusal / . Dərc edilib:A 31/12/2015 at 12:08 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Qramatik səhvlərə görə üzrlər. Demək ostəyirdim ki areverse Lookup zone-də müfaviq PTR recordlar mövcuddur

  3. Salam Vüsal bəy,

    Sizlərində bayramı mübarək olsun.

    Bu məsələ şirkətlərdə tez-tez təkrarlanan haldır. Əgər Bəxtyar bəy qeyd etdiyi həlləri həyata keçirmisinizsə. Saytdakı url listləri gözdən keçirin. Url tərəfdə http://www.serur.az və yaxud serur.az şəkilindədirsə normalda sizin həlliniz tam işləmələdir. Sadəcə istfadəçi tərəfdə ipconfig /flushdns əmrini icra edib yenidən yoxlamaq lazımdır. Əgər siz qeyd etdiyiniz kimi, yenə çiçək kimi açılmırsa. Demək url tərəfdə fərqliliklər mövcuddur. Bunlarda daxili DNS recordlarda əks elətdirməlisiniz. Belə ciddi bir problem deyil. Sadəcə səbrli analiz etmək lazımdır.

    Uğurlar

      • Vusal / . Dərc edilib:A 31/12/2015 at 12:43 AM
        Səs: 0. Bəyənilsin Zəifdir

      Hər vınızxeyir Elhüc bəy

      İnanın mənə, dddiyiniz əmri az qala test win7 maşımda az qala 100 dəfə icra eləmişəm. Hətta DNS serverin özündə dnscmd /clearcache əmrinidə vurmuşam.

      Siz yəgon deyorsiniz ki ola bilər ki saytin yarısı hansısa mən bildiyim IPdən açılır, başqa yarısı da başqa IPdən hansını mən gözdən qaçırmışam?

       

  4. Öncəliklə HTTP redirecti ləvğ edin. Hazırda DNS həlli bu işi həyata keçirir. Problemi analiz etmək asanlaşsın. Bəli tamamilə doğrudur fərqi iplər və fərqli url-lər mövcud ola bilər. Source code-danda baxmaq mümkündür. Sadəcə tam dəqiq baxmaq lazımdır. Normalda təcrübənizdən də bilinir ki, DNS tərəfi həll etmisiniz. Sayt tərəfdəki fərqlərə baxmaq lazımdır.

      • Vusal / . Dərc edilib:A 31/12/2015 at 12:56 AM
        Səs: 0. Bəyənilsin Zəifdir

      Ok mən Microsoft Network Monitor la analiz edərəm http trafiki. Və bura yaAram cavabı.

  5. Özünüzü çox yormayın. Sadə qaydada baxıb tapa bilərsiniz. Ümid edirəm həll edəcəksiniz. Yenədə problem yaransa zəhmət olmasa yazın. Birdə İp adresləri hər ehtimal gözdən keçirin. Bəzən yanlış yazırıq.

    Hörmətlə

Cavab yazın