Domain daxilində olan User-lərə .exe formatında update yollamaq

Hər kəsə salamlar. Belə bir sual vermək istəyirəm ki, daxili şəbəkədə işləyən hər hansı bir app var. Daxili app-dır şirkətə məxsus. Bu app-a support göstərən firma hər 10 gündən bir yeni  .exe formatında update göndərir. Group Policydə elə bir Policy sazlamaq mümkündürmü ki .exe olan updateləri bütün userlərə yükləsin? Tək tək kompyuterlərə install etməyə gərək qalmasın. 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 102 dəfə

Cavablar ( 2 )

  1. Salam.

    Bildiyiniz kimi *.exe genişlənməli faylları GPO vasitəsilə deploy etmək təhlükəsizlik məqsədilə mümkün deyil.

    Amma(!) https://www.exemsi.com/ – “exe2msi” və bu kimi analoji PT-larla yollarla bunu etmək mümkündür.

    Verdiyim linkdəki PT vasitəsilə *.exe faylınızı *.msi fayla “embed” edirsiniz və GPO (Software Distribution) (https://support.microsoft.com/en-nz/help/816102/how-to-use-group-policy-to-remotely-install-software-in-windows-server) vasitəsilə istədiyiniz AD OU-ya tətbiq edə bilərsiniz.

    exe2msi sınanılıb və daima özünü doğruldub.

    Hörmətlə,

    Tural.

     

  2. Salam Elbəy bəy,

    Qeyd etdiyiniz həmin fayıl hər hansı bir yükləməni icra edir ?. Yoxsa sadəcə hər dəfə eyni exe faylının üzərinə kopya olunub dəyişdirilir ?.

     

Cavab yazın