Domain, Hosting

Salam bilmək istəyirəmki domain və hosting nədir. Bir neçə kompyuterin qoşulduğu domenlə internet saytının domeni arasında fərq varmı. Yəni bunları qarışdırıram. Öncədən təşəkkür

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1701 dəfə

Cavablar ( Domain, Hosting )

  1. Salam,

    Sualda qeyd edilən terminləri ayrılıqda bu cur izah etmək olar:

    Kompüterlərin qoşulduğu domain – Windows domain – vahid bir bazada birləşdirilmiş müxtəlif kompüter, printer, istifadəçi adları və s. ibarət kompüter şəbəkələrinin bir formasıdır.

    İnternet saytının domaini – Domain Name – DNS-də qeydiyyatdan keçirilən, İnternet üzərində sizi identifikasiya edən addır.

    Hosting – Sizin web saytınızın internet üzərindən əlçatan olmasına xidmət göstərən bir İnternet servisidir.

    Yəni komüter domaini ilə web sayt domain adı fərqli anlayışlardır. Ama misal olaraq sizin http://www.example.com domain adınız var və siz öz kompüter domain adını da buna uyğun example.com kimi sazlaya bilərsiniz.

    Hörmətlə,

    Rizvan

Cavab yazın