Domain problemi

Salam dostlar. Bir məsəslədə köməyinizə ehtiyacım var. Qurduğum bir serveri domenə qoşmaq istəyirəm. Aşağıdakı kimi error çixir. Internetdə baxdim SRV recordla bağli bir şey tapdim, amma yenə heçne alinmadi. Nece hell ede bilerem bunu? Hər iki serverdən bir birinə ping gedir.

 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1139 dəfə

Cavablar ( 11 )

  1. Salam, fikrimi düzgün ifadə edə bilməmişəm. Yəni, demək istədiyim odur ki, siz Active Directory Domain Services seçin və Active Directoryni qurun. Bu zaman DNS özü də qurulmuş olacaq və Active Directory ilə işləməsi lazım olan bütün recordlar DNSə əlavə olunacaq.

    DNS`i qətiyyən öncədən qurmayın!

  1. Salam

    Asagidaki linkden problemi hell ede bilersiniz

    http://geekswithblogs.net/technetbytes/archive/2011/10/09/147233.aspx

  2. Salam, domain’s salmaq istədiyiniz serverin DNS’lerini bir daha nəzərdən keçirin və orada DNS serverin IP’lerini yazdiginizdan əmin olun.Guman ki, sizin DC və DNS serveriniz eyni server üzərindədir və onun IP’ni yazmalisanki.

    Əgər Domaine salmaq istədiyiniz serverin DNS’leri DC’nin IPsidirse və problem hələ də həll olunmursa, o zaman, Domaine salmaq istədiyiniz serverdə CMD’ni (Administrativ modda) açıb, “netsh winsock reset” yazın, serveri reset edib və IP nizamlarini yeniden ayarlayin.

    Domaine salmağa cəhd edin.

  3. Ya da Clientin hansı ki domaine üvz edeceyik vm-in settings-e gir əsas serverin hansı vm de dirse meselen vm8 dirse clientide vm8 ele bu sebebdende ola biler.

  4. Turqut bey siz dediyiniz kimi eledim,ip-ler yerindedir.statik ip vermisem.Sonra CMD-den  “netsh winsock reset” emrini yazib icra eledim,restart verdim,ip ni nizamladim yene eyni problem.

    Esas DC-nin ipsini 2ci serverde Preferred DNS server yerine yazmisam.Her iki serverden bir-birine ping gedir.Tam olaraq anlamadim niye domaine qosmaq olmur?

  5. Ilk olaraq birinci dns serveri qurmusam sonra active directory rulu qurmusam.

    Amma basqa serverde test kimi birinci active directory rulu qurdum eyni zamanda dns de quruldu.Recordlari nastroyka edenden sonra basqa serveri domene rahat qosdum.Buradaki problem nedir tam olaraq anlamadim.

     

  6. Farid bəy, özünüz öz probleminizin həll yolunu tapmısınız, məsələ burasındadır ki, Microsoft tövsiyyə edir ki, DNS və Active Directory serveri eyni zamanda qurun.

    Bu zaman Active Directory-nin DNS-l’ birgə işləməsi üçün lazımi zonelar (sizindomen.local, _msdsc.sizindomen.local) və record-lar avtomatik olaraq DNS server üzərində qurulur və bununla da Active Directory və DNS server əlaqəsi yaranaraq birgə işləməyə başlayırlar. Bu record`lar sayəsində sizin klient maşınlar mühitdə işləyən AD haqqında (həmçinin domain controllerlər) tam məlumatlı olurlar.

    Mən sizə ümumi iş prinsipinin qısa icmalını izah etdim, daha çox məlumat almaq üçün özünüzün araşdıranızı tövsiyyə edirəm.

    https://technet.microsoft.com/en-us/library/cc759550(v=ws.10).aspx

  7. Turqut bəy bəzən test edərkən birinci dns i qurmuşam problem olmurdu.

    Yəni məsləhət görürsüzki həmişə Active Directory-ni birinci qurum?

    • Mühitinizdə ilk dəfə Domain yaradarkən, mütləq Activə Directory Doman Services və DNS serverin eyni (Server Manager ->Roles`da) anda qurulmasına diqqət yetirin.

  8. Turqut bəy eyni anda qurulmasini anlamadim.Yəni Activə Directory Doman Services qurulanda eyni zamanda DNS də qurulur.Bunu nəzərdə tutursunuz?Fikrinizi düz başa düşdüm ?

     

  9. Salam, fikrimi düzgün ifadə edə bilməmişəm. Yəni, demək istədiyim odur ki, siz Active Directory Domain Services seçin və Active Directoryni qurun. Bu zaman DNS özü də qurulmuş olacaq və Active Directory ilə işləməsi lazım olan bütün recordlar DNSə əlavə olunacaq.

    DNS`i qətiyyən öncədən qurmayın!

  10. Köməyiniz üçün çox sağolun Turqut bəy.Minnətdaram!

Cavab yazın