”EFI CD/DVD has been blocked by the current security policy” xətası

Salam.

Lenova G seriasından olan notebookuna ə.s yazmağa çalışırdım disk ilə bootable edəndə ”EFI CD/DVD has been blocked by the current security policy” xətasın verdi. Bəzi forumlarda araşdırdım sadəcə dəqiq bir izah tapa bilmədim. Səbəbi nədir? Flashkart ilə rahatca bootable oldu ancağ. Sonra yenə başqa bir xəta oldu ama bu başqa mövzunun sualıdır 🙂

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1801 dəfə

Cavablar ( 3 )

  1. Salam Rövşən bəy,

    Siz hansı Əməliyyat sistemini yazmağa  çalışırdınız və əvvəlki ƏS sistemi hansı idi?
    Bu kimi problemlər adətən Windows 8.1 ilə gələn sistemə, başqa bir ƏS yazarkən baş verir.
    Həll yolunu bəlkə də dəqiq demirəm amma, siz BİOS`da belə bir şey axtarın.

    Boot Mode: Legacy Support
    Boot priority: Legacy First
    Boot device priority: SATA ODD

  2. Rövşən bəy, salam.

    BİOS-da UEFİ Boot-u Disable edib, (Secure Boot – Disable) yoxlamaq lazımdır. Aşağıdakı keçiddə simulyasida baxın zəhmət olmasa.

    http://service.lenovo.partner-management.com/content/CourseWarePublic/18359/player.html

    Uğurlar.

  3. Təşəkkür edirəm. Təəssüfki komputer məndə deyil artığ, birdaha bu problemlə qarşılaşsam yoxlayacam bunları.

Cavab yazın