Elektron sənəd dövriyyəsi

Salam yoldaşlar.

Şirkətdə sənəd dövriyyəsini elektronlaşdırmaq istəyirik. Belə ki, həm kağız sərfiyyatını azaltmaq, həm də zamana qənaət etmək üçün. Belə bir sistem bilən və ya tətbiq edən varmı?

Tələb olunan belə bir sistem olmalıdır təqribi olaraq:

Sənəd elektron olaraq yaradılır. Bu sənədə hər-hansı şöbə müdiri imza çəkməlidirsə o zaman bu sənədi çap etmədən həmin sistem vasitəsilə ona göndəririk və orada həmin insan öz kommentini əlavə edəndən sonra sənəd lazımı şəxsə göndərilir.  Beləcə sənəd lazımı şəxslər və şöbələr arasında dövr edir və çap etməyə ehtiyac qalmır.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 5817 dəfə

Cavablar ( 9 )

  1. Ömər bəy, salam.

    Siz dediyiniz məhsul Microsoftun SharePoint-idir.

    Əlavə olaraq Rauf bəyin dəyərli MƏQALƏ-sindən yararlanın. Qurulması çətin olsa, Cloud həllini də sınaya bilərsiniz.

    P.S. http://www.technet.az/2014/04/12/26-04-2014-sharepoint-seminari/ – Elxan bəydən də məsləhətləri gözləyirik. 🙂

    Hörmətlə,

  2. Salam. Hal-hazırda İqtisadiyyat və Sənaye Nazirliyində işləyirəm. bizdə elektron sənəd dövriyyəsi var. Program isə Ultra şirkətinin Docnet adlanan programıdır.

    • Salam. Bu Ultra Azərbaycanda yerləşən Ultra şirkətidir yoxsa xarici şirkətdir?

      • Aha Azərbaycanda yerləşən Ultra şirkəti imiş. Təşəkkür edirəm.

  3. Salam Ömər bəy.

    Mən sharepoint məsləhət gorürəm. Docnet proqrami ile de tanisam, yaxsi proqramdir amma yalniz karguzarliq isini gorur. Sharepointde ise istediyiniz tip sened dovriyyesi qura bilersiniz. Aciq platformadi, designeri de var. Cox seyleri etmek asandir.

    • Salam Elxan müəllim.

      Məni ən çox narahat edən məsələ hər şəxsin individuallığını necə qoruyacağımızdı.

      Yəni LDAP ilə inteqrasiya oldu və userlər permissiona görə qoşula bildilər. Burası aydındır. Bəz imza məsələsini necə həll etmək olar? Vəya imzanın alternativi nədir? Comment ilə olmaası arzuolunan deyil. yəni təkcə kompyuter ilə (domen istifadəçisinin adından) comment əlavə etməklə çözülməsin iş. Birdən bir istifadəçi unutdu kompyuteri açıq və kimsə orda dəyişiklik etdi. Düzdür nə qədər kiçik də olsa ehtimaldır. Siz necə istifadə edirsiniz?

      • Bir məsələ də “Elektron İmza” istifadə etmək istəmirəm. Universitetdə istifadə etmişəm çox qeyri-stabil sistemdir. Avadanlıqları da keyfiyyətsizdir. 

  4. Ömər bununçün sharepointdə session timeout var

    https://technet.microsoft.com/en-us/library/cc263527.aspx

    İmza məsələsinə gəldikdə, imza comment ilə deyil workflow ilə reallaşdırılır. Bu zaman isə hər bir şəxs öz tasklarına rəy verə bilir. Bu zaman hər bir rəy həm history yə həm də tasklar şəklində qeyd olunur. History yə nələrin yazılıb yazılmaması isə workflow yaradılan zamanı təyin olunur.

    Sharepoint elektron imzanı dəstəkləyir. Amma ölkəmizdə olan elektron imza ilə necə inteqrasiya olunur o haqda dəqiq məlumatım yoxdur. Nəzərə alsaq ki ölkəmizdə elektron imza sistemi Microsoft produktu əsasında qurulub, demək ki sharepoint ilə inteqrasiya nəzərə alınıb.

     

     

    • Session timeout-a baxacam müəllim.

      Ölkəmizdəki sistem stabil deyil. Quraşdırırsan bir də görürsən işləmir. Və ya imzalamır. İkinci problem onun imzaladığı sənədlər xüsusi formata düşür. Misal üçün .edocx kimi format və bu kimi formatlar ancaq həmin program olan kompyuterlərdə oxunur. Digər məsələ isə hər işçi üçün bir kart almaq və reader almaq lazımdır. Bu da yaxşı çıxış yolu deyil. Həm gələcəkdə problem də çox çıxaracaq.

      Buna görə elektron bir çıxış yolu varmı bilmirəm.

      Docnet-də imza məsələsini həll ediblər. PDF faylına şəkil ilə imza düşür dedilər mənə. Heç implementasiya etməmişəm. Sadəcə orada LDAP məsələsi problemlidir. Not recommended yəni. Bizdə LDAP əsas tələblərdəndir.

Cavab yazın