Encrypt olmuş sənədlər

Salam. Deməli belə. Kompüterin ekranındakı bütün sənədləri (excel, word, folder) D diskində Backup adlı folder düzəldib Ekrandakı sənədləri ora köçürdüm. Sonra sistemi XP olan əməliyyat sistemli kompüteri Windows 7 x86  yazdım. Sonra həmin sənədləri açmaq istədikdə file şifrələnib və ya zədələnib kimi xəta verir. Demək olar ki, bütün yolları yoxladım. Bu sənədləri təcili açmalıyam.Yardım etmənizi xahiş edirəm.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1604 dəfə

Cavablar ( 2 )

  1. Salam Emin bəy,

    Əgər qeyd etdiyiniz sənədlər yaşıl rəngdə görsənirsə, komputerinizi format etmisinizsə. Vəziyyət yaxşı deyil. Sertifkatlıarn backupı yoxdursa. Demək həmin sənədləri açmağınız demək olar ki, mümkünsüzdür. Yox sənədlər normal rəngindədirsə, NTFS hüquqlarınız məhdudur, Sənəd üzərindən ownerlik əldə edib full controll hüquqlarını tətbiq etsəniz açılacaq.

    Uğurlar

    • Təşəkkür edirəm Elgüc bəy cavabınız üçün…Bəli sənədlər yaşıl rəngdə idi və hələ də başa düşə bilmirəm ki,mən necə diqqətindən yayınıb bu.Artıq sənədlərin sahibi də mən də bu problemlə barışmalı olduq 🙂

Cavab yazın