Exchange server 2013 ilə wild card ssl sertifikatı

Exchange server 2013 varsa bu zaman wildcard ssl sertifikatının istifadəsi məsləhət deyil ? Wildcard haqda olan son cümlələri tam anlamadım. Mümkünsə bir az daha aydın izah edə bilərsiz? Exchange server üçün hansı sertifikatlar daha uygundur??

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1327 dəfə


Bu sual SSL Sertifikatları məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( Exchange server 2013 ilə wild card ssl sertifikatı )

  1. Salamlar,

    Exchange Server 2013 wildcard dəstəkləyir. Məqalə nəzəriyyə əsaslı hazırlanıb. Prakitik olaraq bəzi həllər mümkündür. Misal üçün qeyd olunan POP və İMAP məsələsi üçün FQDN təyin olunmalıdır.

    Misal:

    Set-POPSettings -X509CertificateName mail.technet.az
    Set-IMAPSettings -X509CertificateName mail.technet.az

    Ümumiyyətlə Microsoft Best Practice-də SAN məsləhət görür. Lakin bu demək deyil ki, wildcard  yararsızdır. Bu gün bir çox proyektlərimizdə bu metodikadan istifadə edirik. Şirkətin struktruna görə dəyişə bilər. Əlavə olaraq aşağıdak rəsmi məlumatdan best practice-lə bağlı səbəblərlə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

    Digital certificates and SSL

    Uğurlar

Cavab yazın