Eyni port nömrəsini 1 neçə proqram üçün yönləndirmək

Salam əziz dostlar. Mənə belə bir sual verilib ki, bizim 1 public ip-miz var. Kənar yerdən internet üzərindən 3 proqramımız varki eyni port nömrəsi istifadə edir. Daxili şəbəkədə 3 serverimiz var hansılar ki, hər biri üzərində 1 proqram işləyir. Biz necəsə edə bilərik ki, bu proqramlar eyni port nömrəsi istifadə etmələrinə baxmayaraq hər birini düzgün serverə yönləndirə bilək. Bunu router və ya firewall üzərindən etmək olarmı?

 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1063 dəfə

Cavablar ( 4 )

  1. Internet üzərindən fərqli portlar istifadə etməyə icazə yoxdur?
    Məsələn, hər bir server üçün https://x.x.x.x:2001, https://x.x.x.x:2002 https://x.x.x.x:2003 işlətmək mümkündürsə, hər bir portu firewall üzərindən bir serverə yönləndirmək olar.

  2. eyni port nömrəsi ilə etmək lazımdir

  3. Eyni portla ancag 3 ədəd static İP üzərindən etməy olar. Ancag bu çox məsrəfli olar. Ən yaxşısı portları dəyişib bir ədəd static-lə qoşmaqdır.

  4. Reverse proxy etmek en meqsede uyqun variantdi

Cavab yazın