Fərqli model DVR-lara tək CMS-lə baxmaq

Salam. Zəhmət olmasa fərqli markalarda olan müxtəlif yerlərdəki DVR-lara qoşulu kameralara internet üzərindən hansı tək işləyən CMS proqramla vahid ekranda baxa biləcəyimi qeyd edərdiniz. Brauzer üzərindən tək tək baxa bilirəm. Mənə eyni pəncərədə baxmaq lazımdır.  Əvvəlcədən təşəkkürlər.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1935 dəfə


Bu sual GPO tətbiq problemi məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 2 )

  1. Salam. Zəhmət olmazsa model və markaları qeyd edin, əgər qeyd edəcəyiniz modelləri dəstəkləyən mənim və ya həmkarlarımınız bildiyi cms və ya proqram varsa məmnuniyyətlə qeyd edərik.

    Qeyd: Dünyada mövcud olan bütün model və markaları dəstəkləyən cms və ya proqram təminatı yoxdur. Bir və ya bir neçəsini dəstəkləyənlər vardır.

    • Aswar

      Multistar H.264 DVR

      DMS 8608

      AS-DVR508

      içlərindən bəziləri bunlardır. Hər biri müxtəlif marka və modellərdir.  Mənə sadaladıqlarıma görə ən optimal hansı proqramı tövsiyyə edərdiniz?

      Digər bir sualım da var idi. Bunları brauzer üzərindən problemsiz izləmək olur. Ancaq istər DMZ ilə portu aktivləşdirim, istərsə də virtual serverdən 15961( və ya həmin dvr-dakı uyğun portu) açım xeyri yoxdur mobil izləmədə problem çıxarır. buffering yazir sonra network error olur çox vaxt. bunun səbəbi nə ilə bağlı ola bilər sizcə?

Cavab yazın