ForeFront TMG -də “Log”lama

Salam, Forefront TMG-də “Start Query” ilə loglamanı başladıram, amma bir müddət sonra loglamanın dayandığını görürəm. Loglamanın daim işləməsi üçün nə etmək olar və bundan başqa loglama ilə bağlı hansı məsləhətləriniz var? Fikirlərinizi gözləyirəm.
Təşəkkürlər…

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 836 dəfə

Cavablar ( 3 )

  1. Salam. Turqut bəy TMG avtomatik olaraq logları SQL bazaya yazır gündəlik olaraq ordan lazım olan məlumatları əldə edə bilərsiniz. Əgər sizə online log sistemi lazımdırsa əfsuslar olsun TMG bu mövzuda zəifdir. Amma yaxşı proqramistləriniz varsa SQL querylərdən gözəl nəticələr əldə etmək olur. Online monitoring üçün hələ ki, GFİ özünü doğruldub. Buna bənzər bir neçə məhsul var, lakin effektiv deyil.

    • Elgüc müəllim cavabınız üçün təşəkkür edirəm. Belə çıxır ki, bu loglar avtomatik olaraq, bazaya yazılır və istənilən vaxt SQL bazadan, logları çəkmək olar. Yaxşı bəs loglar hansı intervalda silinir? Yəni misal üçün 12 oktyabr 2012 logunun ömrü nə qədərdir?

      • Bəli bazadan logları çəkmək mümkündür. Digər 2 sual üçün aşağıdakı bölmələri analiz etsəniz sizə tam aydın olacaq. Logging bölməsindən sağ tərəfdə yerləşən aşağıdakı menüdan log limitlərini dəyişmək imkanınız var.

        1) Configure Firewall Logging
        2) Configure Web Proxy Logging

        Uğurlar

Cavab yazın