Google Chrome-da reklam problemi

Salam

Google Chrome-da son zamanlar belə bir problemlə qarşılaşıram. Belə ki, elə saytlar var ki, onlara daxil olduğum zaman kursorun işarəsi “ox” şəklində olur(halbuki seçim linkləri olduğu zaman “əl” işarəsi olmalıdır) və səhifənin hər hansı bir hissəsində mausu click etdiyim zaman başqa bir reklam səhifəsi açılır(New tab olaraq). Bundan sonra səhifə düzəlir, yəni kursorun işarəsi bərpa olunur. Bu problemlə bir çox saytlarda qarşılaşıram. Google Chrome-da bir neçə dəfə “Clear browsing data” tətbiq etmişəm, problem bir müddətlik həll olub, lakin yenidən ortaya çıxıb. Bu problemin səbəbini və həllini söyləyə bilərsinizmi?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1201 dəfə

Cavablar ( 3 )

  1. salam. Her hansi programlari install edende advanced rejimde install edin.programlar bolmesinden elave olanlari silin. dr web cure it  advanced rejimde yoxlayin. adw cleaner vasitesile yoxlayin. reestr de run bolmesine olan elaveleri silin.msconfig emrinde autorun ve processler bilmesine baxin.browserlerde ad block plus istifade edin.full rejimde yoxlamag ucun kaspersky rescue disk ve ya Eset SysRescue live disklerinden istifade ede bilersiz.

  2. Salam birdə google chrome install  olunan qovluğu acın program files dan orda old_chrome file sil

  3. Cavablar üçün təşəkkürlər. Bu sadəcə Google Chrome-da deyil, həmçinin digər browser-lərə də yayılmış bir virus idi( “virus”desək daha doğru olar), buna bənzər problemlə daha öncə qarşılaşmışdım, Main page olaraq Google təyin etsəmdə, başqa səhifələr açılırdı. Adware Removal Tool istifadə etmək yararlı oldu.

Cavab yazın