GPO tətbiq problemi

salam, belə bir problem var ki , proxy adı altında bir GPO yaratdım  və şəkildəki kimi,  FTP OU -su altında  və FTP userleərinə tətbiq olunmağını istiyirəm.

 1 2

FTP OU su altındakı objectlər isə belədi

3 4

problem budur ki, dc-də gpupdate /force  əmrini icra edib sonra clienti restart edirəm amma GPO tətbiq olunmur…

qeyd: proxy serverdə sadəcə facebooku bloklamışam, bunu manual olaraq clientde edirəm alınır ama ,  GPO tetbiq olunmur

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1190 dəfə


Cavablar ( 13 )

  1. Salam Ramil bəy. Şəkillərə əsasən deyə bilərəm ki, gpo düzgün yaradılıb amma yenədə aşağıdakıları yenidən yoxlamanızı istərdim.

     

    1. Tətbiq eləmək istədiyiniz kompyüterdə İnternet Explorerin versiyasının 8 və ya 9 olduğunu yoxlayın.

    2. Həmin kompyüterə Ramil istifadəçisi adı ilə daxil olduğuvuza əmin olun.

    3. gpupdate /force  əmrini istifadəçi kompyüterindədə mütləq yerinə yetirin və restart edin.

     

    Bunları etdikdən sonra istifadəçi kompyüterinin Proxy tənzimləmələrinə daxil olub gpo əmrinin yerinə yetib yetmədiyini vizual olaraq yoxlayın.

  2. istifadəçi komputerində İE 11 dir

  3. Salam Ramil bəy,

     

    İlk öncə sualınıza görə təşəkkürlər!

    Nəzərinizə çatdırmaq istərdim ki, DC üzərində verilən gpupdate /force əmri yalnız həmin DC`yə aiddir.

    Siz eyni əmri gərək istidafəçi kompüteri üzərində də icra edəsiniz, əks təqdirdə 90-120 dəqiqə gözləməli olacaqsınız. Belə başa düşdüm ki, sayt qadağa etmək istəyirsiniz, bunun üçün yaxşı olardı ki, Proxy Server istifadə edəsiniz.

    Sizdən ilk öncə xahişim budur ki, tətbiq etdiyiniz GPO`nun sazlamalarını bizlə bölüşəsiniz.

    Bundan başqa əgər bu istifadəçi səviyyəsindədirsə, o zaman həmin istifadəçi ilə kompüterə daxil olub, CMD üzərində RSOP əmrini yazın. Sonra açılan pəncərədə User Configurations üzərində sağ mouse Properties seçin. Bundan sonra “Display All GPOs and filtering status” qarşısına işarə qoyun, görün sizin tətbiq etdiyiniz GPO`nun statusu nədir?

    Uğur Olsun!

  4. Salam Ramil bəy, Proxy tənzimləmələri üçün, bu məqalədən yararlana bilərsiniz. http://www.technet.az/2014/12/05/group-policy-il%C9%99-proxy-t%C9%99nziml%C9%99m%C9%99l%C9%99ri/ İnternet Explorer 10 üçün olan tənzimləmələr, İnternet Explorer 11 üçün də keçərlidir.

  5. Fərhad müəllim,  mən proxy server istifadə eliyirəm,  istədiyim internet options-da lan hissədə  proxy serverə aid ip və port tenzimləmələri olsun…

    Capture

  6. Ramil bəy,

    Xahiş edirəm yazılanları diqqətlə oxuyun, orada sizdən istənilən məlumatları təmin etməyə çalışın.

    Sizdə proxy İP yerində aşağıda qırmızı ilə qeyd olunub. Həmin yerdə F6 düyməsini sıxın.

    Bundan sonra yuxarıdakı cavabımda sizə daha bir neçə addıma əməl etməyinizi demişdim.

    Onları etdikdən sonra nəticəni bizlə bölüşün.

    Digər sual: Hansı brovvserdə yoxlayırsınız?

  7. Ramil bəy,
    Sizə məqaləni göndərmişəm, yaxşı olar ki, diqqətlə oxuyun və orada yazılanlara əməl edin.
    Göndərdiyiniz şəkildən aydın olunur ki, Proxy tənzimləmərini düzgün etməmisiniz.
    Zəhmət olmasa aşağıdakı şəkildə edin.
    41

    Bundan sonra isə, Fərhad müəllimin qeyd etdiyi kimi,
    Client komputerdə, gpupdate /force əmrini icra edin.
    Daha sonra isə CMD`də RSOP əmrini icra edin və həmin policy`nin sizin User`inizə tətbiq olunub və ya olunmamasına nəzər yetirin.

  8. Məndə bunu yoxlamışam nəsə düzgün işləmir. Çıxış yolu kimi registry ilə etdim. 2013-11-08-16_22_24-dragon_-overseer-wsus-fsecure-vm-remote-desktop-connection-manager-v2-21   Bunu GPO-da yaradaraq update edə bilərsiniz.

  9. Mövzu proxy deyil ama Sosial şəbəkələri bağlamaq üçün proxy serverdə free proxy ləri və həmin saytlar üçün https-i bağlamalısınız.

  10. Sərxan bəy,

    Xahiş edirəm mövzunu yayındırmayaq.

    Əgər, https bağlansa, bu zaman gmail.com , outlook.com və.s digər https üzərindən işləyən saytlara giriş də qadağan olunacaq.

    • Mövzunu yayındırmaq istəmirəm Fərhad bəy, həmin saytlar üçün https yazmışdım bütün saytlar üçün deyil.

  11. alındı çox sağolun köməyə görə minnətdaram…

     

  12. Ramil bəy, problemi həll etdiyinizə sevindim.
    Mümkünsə problemin həll olunma yolunu yazın və yaxud problemin həll olunma yolu bizim cavablardan biridirsə, həmin cavabı qeyd edin ki, gələcəkdə digər istifadəçilər problemin dəqiq hansı yolla həll olunmasını bilsinlər.

Cavab yazın