GPT və DYNAMİC diskin fərqi həmçinin MBR və BASİC diskin fərqi nədədir?

GPT və DYNAMİC diskin fərqi həmçinin MBR və BASİC diskin fərqi nədədir.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2467 dəfə

Cavablar ( 2 )

  1. Mence GPT – MBR  ve Basic-Dynamic  deyerek muqayise etmek olar.
    MBR-Master Boot Record  -olan hard diskler maksimum 2 TB ola biler ve bir diskde maksimum 4 bolme yaratmag olar sehv etmiremse.
    MBR ozude iki yere bolunur. Primary ve Extended partition.
    Primary partition C ve D misal kimi deye bilerem.Bunlardan biri active olunur sistemi boot etmek ucun.
    Extended partition ise , bir diskin icinde birn nece disk yaratmag ucundu.Multiple logical drives

    GPT-Globally Unique Indentifier (GUID) Partition Table (GPT) –  hecmi 2 TB yuxari olan diskler ucun nezerde tutulub.Mentigi olarag maksium limit 9.4 zettabyte teskil edir. Windows sistemleri maksimum 256TB GPT destekleyir.GPT diskde, 128 primary partition yarada bilersen.Extended partition lazim olmur GPT ucun.Flash drives ve elave taxilan HDD’ler MBR partition olur.
    Linux sistemleri  GPT boot eleye bilirler.Ama windows’da 64 bit olmalidi ve bios UEFI desteklemelidi.Eger yoxdusa, PC’dise platanin resmi saytina bios yenilenmesi olub olmadigina baxmag lazimdi.Eger notebookdursa, resmi saytina daxil olub melumat elde etmek olar.Saytda biosda yenilenme varsa , yukleyib biosu Flash etmek lazimdi.Yeni, resmi saytdaki melumatda gosterir hansi yeniliyin olub olmadigini.

    Basic disk – windows emeliyyat sistemleri iki nov diski destekleyir.Basic ve Dynamic.Basic diskler adi disklerd.Her iki nov , MBR ve GPT destekleyir.
    Dynamic disk – RAID qurmaq ucun yaxsid.Sehv etmiremse bir dynamic diskde 2000’e geder bolme yaratmag olar ve RAID konfigurasiyalari qurmag mumkundur.

  2. Salam, Tural bəy qeyd elədi demək olar ki..

    1-2 əlavə də mən edim..

    Basic disklər – əməliyyat sistemlərini yazmaq üçündür..

    Dinamik disklər – isə adından da göründüyü kimi dəyişkəndir.. Və disklərin birləşdirilməsi və genişləndirilməsi üçün istifadə olunur.. Dinamik disklərdən RAİD-lər də qurmaq mümkündür.. Hər RAİD-in də öz üstün xüsusiyyəti var..

    Basic diskdən dinamik diskə yaxud dinamik diskdən basic diskə convert (çevirmək) mümkündür.. Basicdən dinamikə heç bir məlumat itkisi olmadan convert etmək mümkündür, ancaq dinamikdən basicə convert edərkən bütün partitionlar silinməlidir..

    Əməliyyat sistemi olan hissəni basicdən dinamikə çevirən zaman əgər multiboot sistemlərdən istifadə ediriksə, problem yaranacaq..

     

    MBR və GPT isə Hard Diskin məntiqi strukturudur.. Yəni, burada clusterlər, boot sektorlar, fayl sistemləri etc. haqqında məlumatlar saxlanılır.. Əsas fərqləri isə, MBR-da 3 primary partition, 1 extended yaxud 4 primary partition yaratmaq mümkündür.. GPT-də isə 128 partition yaratmaq mümkündür, bunlardan 4-ü diskin alqoritmini yazmaq üçün istifadə olunur.. GPT 2 Tb-dan çox olan HDD partitionları dəstəkləyir.. GPT Vista əməliyyat sistemindən sonrakı əməliyyat sistemlərində istifadə olunur, MBR isə bütün əməliyyat sistemlərində.. Və sonda GPT yeni nəsil kompüterlərdə UEFİ ilə daha sürətli işləyir.. UEFİ isə BİOS-un yeni versiyasıdır..

     

Cavab yazın