Grandstream ilə VoIP

Salam dostlar. Mənim  şəbəkəmdə  2 ədəd   Grandsteram analog modemi var. Və bir ədədi  şəhər  ATS-ndə  digəri  isə  inzibati  binada  yerləşir. ATS-də yerləşən modemin  2 ədəd portuna şəhər  nömrəsi  qoşulub.Modemlər arasında  əlaqə WAN şəbəkə ilə yaradılıb.İndi mən  istəyirəmki  ATS-dəki modemə qoşulan 2 ədəd şəhər  nömrəsini  inzibatı  binadakı  modemlə əldə  edim.Bunu necə edim?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1131 dəfə


Bu sual Cisco ASA 5510 vpn qoshulmaya icazə məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 8 )

  1. Salam, Modemlə ötürülür yoxsa şəbəkə kabelinin parası ilə ?

  2. Bunun sizə o avadanlıqla işləyən və ya  təcrübəsi olan şəxs kömək edə bilər. Tam olaraq model nədir ?

  3. Salam,

    avadanligin modelini gosterin zehmet olmasa

  4. 2 ədəd avadanlıqdır. 1 Grandstream 4008  digəri isə  4108.

    Mən artıq əlaqəni  qurmuşam.Amma bir problem qalırki ATS-də olan avadanlığa daxil olan Şəhərlərarası  nömrə şirkətimizdə olan modemin  iki nömrə 1 portunda işləyir. Yəni  Bir modemin 2 ayrı portuna qoşulmuş nömrə digər bir modemin 2 ayrı portunda işləməlidir. Nömrələrin heç biri ilə əlaqəsi olmamalıdır. Nömrələrin ikisinədə zəng  edəndə  o biri modemin 1 portunda zənglərə cavab vermək olur. Amma mən istəyirəm hər nömrənin ayrı ayrı portu olsun.Təşəkür edirəm

  5. salam. http://www.grandstream.com/products/gxw_series/general/documents/gxw_wp_extending_analog_lines.pdf Ümid edirəm bu kömək edər. sadəcə ATS-də olan FXO gatevayin portunu inzibati binadakı FXS portuna map eləmək lazımdı. O halda hər iki nömrə bir-biribə qarışmadan işləməlidi. Bir sualım var. İnzibati binada hər hansı İP Telefoniya qurulubmu?

  6. Mən MAP etdim nese alinmadi.MAP-in necə edilmə  qaydasini  eger  bilirsinizse zəhmət  olmasa  basha  salardiniz. Təşəkür  edirəm  diqqətinizə görə

Cavab yazın