Group Policy-də Logon Script

Salamlar. Belə bir sualım olacaq. Deməli Group policy-də yeni Logon Script yardairam. Scripti nə üçün istifadə edəcəyimidə deyim. Deməli iki cür script yazıram bu scriptlər batch scriptlərdir. Deməli birinci scriptimdə registry-a 3 ədəd key add edirəmki, userlər logon olduqda Language inputda Azeri Eng və Rus şriftləri avtomatik quraşdırılsın. İkinci scriptimdə isə Remote Desktopun avtomatik enable olunmasını yazıram. Amma bildiyim qədəriylə bu scriplər logon olduqda məhs UAC-a görə işləmir. Mən belə fikirləşirəm. scriptlərimidə yazıram buraya:

1.

REG ADD "HKCU\Keyboard Layout\Preload" /v 3 /t REG_SZ /d 00000409 /Q
REG ADD "HKCU\Keyboard Layout\Preload" /v 2 /t REG_SZ /d 0000042c /Q
REG ADD "HKCU\Keyboard Layout\Preload" /v 3 /t REG_SZ /d 00000419 /Q

2.

netsh advfirewall firewall set rule group=”remote desktop” new enable=Yes

reg add “HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Terminal Server” /v fDenyTSConnections /t REG_DWORD /d 0 /f

Belə. Ümidvaramki kömək edən tapılar. Fikirlərivizə ehtiyacım var 🙂

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 929 dəfə

Cavablar ( 3 )

  1. Salam, çox gec də olsa, Logon scripti haqqında bir bildiriş etmək istərdim.
    Windows Server 2012 R2`də Group Policy`də LOGON altında olan scriptlər, Logon olduqdan 5 dəqiqə sonra işə düşür. Əgər siz, scriptin LOGON olduğunuz zaman işə düşməyini istəyirsinizsə,

    Computer Configuration->Administrative Templates->System->Group Policy atlında
    Configure Logon Script Delay policy`ni açın və orada 0 seçin.

  1. Salam Elnur bəy,

    İlk öncə sualınıza görə təşəkkür edirəm!

     

    Elnur bəy, bunun üçün xüsusi olaraq script yazmağınıza ehtiyac yoxdur.

    Registry üzərində dəyişiklik etmək üçün GPO-nun Preferences bölməsində yerləşən Registry-dən istifadə edin.

    Ümid edirəm ki, istəyinizə nail olacaqsınız, İnşAllah!

    • Çox sağolun Ferhad müəllim cavabınız üçün. İstəyimə nail oldum. 

      1. Remote Desktopu Computer configuration->Adminstrative template->Windovvs components->Remote Desktop Services->Remote Desktop Session hosy – yolunda “Allow users to connect remotely using Remote Desktop Services” -i enable etdim. Ve firewall-da bagladimki remote oluna bilsin. 

      2. Language Layout-da group policynin ozunden etdim. administrative templates-de yeni .adm-ler yaradaraq, internetden tapdigim kodlari yazdim fayllara. ve hazir 🙂 

      Artiq userler logon olduqda avtomatik hem RDP-ler acilir, windows firewall baglanir, ve eng, rus, azeri language layout-lar add olunur. 

  2. Salam, çox gec də olsa, Logon scripti haqqında bir bildiriş etmək istərdim.
    Windows Server 2012 R2`də Group Policy`də LOGON altında olan scriptlər, Logon olduqdan 5 dəqiqə sonra işə düşür. Əgər siz, scriptin LOGON olduğunuz zaman işə düşməyini istəyirsinizsə,

    Computer Configuration->Administrative Templates->System->Group Policy atlında
    Configure Logon Script Delay policy`ni açın və orada 0 seçin.

Cavab yazın