Hər hansı bir şəxs haqqında məlumat əldə etmək

Salam. Zəhmət olmasa mənə yol göstərərdiniz. İnternet üzərindən yalnızca adını bildiyim şəxs haqqında necə məlumat əldə edə bilərəm?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 4301 dəfə

Cavablar ( 2 )

  1. Salam.

    Düşünürəm ki, bu konfidensial məlumat xarakterli axtarış olduğundan və bu haqqa sahib olmadığınızdan bunu etmək və ya etməkdə sizə kömək etmək yanlış addım olar.

    Sizə səbəblərini də izah etməyi gərəkli hesab edirəm.

    Əvvəla sizə deyim ki, bu xarakterli davranışlar kəşfiyyat xarakterlidir. İkinci nüans isə sizin məlumat almaq istəmə səbəbiniz bəlli deyil. Məsələnin sonunda hər-hansı xoşagəlməz hal olarsa o zaman sizə kömək etmiş şəxslər qanunla sorğulana bilər. Üçüncü məsələ əgər siz hər-hansı bir şəxs tərəfindən təzyiqə məruz qalırsınız və ya təhlükə hiss edirsiniz vəya başqa bu kimi hallarla üz-üzəsinizsə sizə aidiyyatı instansiyalara müraciət etməyi tövsiyyə edə bilərəm. Yəni polis əməkdaşları və həcmindən asılı olaraq hətta Milli Təhlükəsizlik orqanlarına da müraciət edə bilərsiniz.

    Düşünürəm ki, səhifənin administrasiyası mövzunu lazımlı formada bağlayar və ya cavablandırar.

    Təşəkkürlər.

  2. İnternet üzərindən yalnızca adını bildiyiniz şəxsi axtarıb tapmaqla bağlı burada sizə edə biləcəyimiz köməklik “Google və bənzəri axtarış motorlarından və ya sosial şəbəkələrdən istifadə edin” ola bilər.

    Yerdə qalan digər səbəblər üçün Polisə və digər güc strukturlarına müraciət etməniz gərəkdir.

    Mövzu bağlı elan edilir.

Cavab qəbul edilmir.