Hard diski kompüterə necə qoşmaq olar?

Salam. Məndə Hard Disk var. Baxın belədir :

 

fnNa7Cp

 

Bunu mən stolüstü komuterin və yaxud da notbukun USB yerinə taxa bilmirəm. Öz kabelini şəkildə görürsünüz. Gördüyünüz kimi bu kabeli USB yerə taxmaq olmur. Mən bunu necə taxa bilərəm ? Hara taxa bilərəm? Kabel almalıyam yoxsa necə ? Xayiş edirəm təcili kömək edin. Sağolun

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 4060 dəfə

Cavablar ( 9 )

  1. İbrahim bəy,

    Şəkildən göründüyü kimi, HDD-yəqoşulan kabel USB deyil SATA kabelidir. Əlavə məlumat üçün aşağıdakı kiçiddən istifadə edin. http://www.technet.az/2013/07/21/pc-power-connectors/

    Bu kabel vasitəsilə Hard diski yalnız birbaşa ana karta qoşa bilərsiniz. Xarici qurğu kimi qoşmaq olmaz,bu kabel vasitəsilə.

    Əgər hard diski xarici qurğu kimi istifadə etmək istəsəniz HDD Box almalısınız.

    hdd box

    İstifadəsi haqqında vidoe izləyə bilərsiniz. Türk dilindədir.
    https://www.youtube.com/watch?v=LqG6z5mewkE

    Uğurlar.

    Qeyd: Şəkilləri əlavə edərkən saytımızın ADD MEDİA funksiyasından istifadə edin, əlavə keçid yerləşdirməyin.

  1. Salam.bu daxili hard diskdi bunu Colden istifade ede bilmersiz.yox eger bu hard diskde melumat varsa nootbuka kocurmek isteyirsinizse bu zaman xususi konvertor cihaz var Kompyuter magazalarinda sorussaniz bilecekler ala bilersiz.bir daha qeyd edirem ki bu daxilde istifade olunasi hard diskdi colden istifafe ucun xususi hard diskler var.

  2. İbrahim bəy,

    Şəkildən göründüyü kimi, HDD-yəqoşulan kabel USB deyil SATA kabelidir. Əlavə məlumat üçün aşağıdakı kiçiddən istifadə edin. http://www.technet.az/2013/07/21/pc-power-connectors/

    Bu kabel vasitəsilə Hard diski yalnız birbaşa ana karta qoşa bilərsiniz. Xarici qurğu kimi qoşmaq olmaz,bu kabel vasitəsilə.

    Əgər hard diski xarici qurğu kimi istifadə etmək istəsəniz HDD Box almalısınız.

    hdd box

    İstifadəsi haqqında vidoe izləyə bilərsiniz. Türk dilindədir.
    https://www.youtube.com/watch?v=LqG6z5mewkE

    Uğurlar.

    Qeyd: Şəkilləri əlavə edərkən saytımızın ADD MEDİA funksiyasından istifadə edin, əlavə keçid yerləşdirməyin.

    • Add media tıklayıram heçnə çıxmır ekrana ona görə link yerləşdirdim. Bu saytın mobil vesiyasında çoxlu problemər var

    • Mən bu hardisi xarici qurğu kimi istifadə etmək istəyirəm. Siz dediyinizi hardan ucuz ala bilərəm ? Qiymətini də deyərdiniz xayiş edirəm.

  3. USB-e oxsayan Sata girişidir. Ana kart üzərində sata girişinə  qoşmaq lazımdır. Digəridə qida blokunda müvafiq birləşdiriciyə qoşulmalıdır.

  4. İbrahim bəy, biz malların hardan alınması ilə bağlı heç bir məlumat verə bilmərik. Ümumiyyətlə bu tipli sual və cavablar admin tərəfindən Reklam olduğu üçün bloklana və ya qəbul edilməyəbilər.
    İstənilən kompyüter aksesuarları satan mağazalardan tapa bilərsiniz.
    Saytın mobil və veb versiyası təkmilləşdirilmə mərhələsindədir. Qarşınıza çıxan problemləri destek [@] technet.az ünvanına bildirə bilərsiniz.

    • Yaxşı çox sağolun. Hər birinizdən ALLAH razı olsun. Bir daha təşəkkür edirəm

    • Salam Aleykum. Bağışlayın, bu dediyiniz “destek [@] technet.az” mail olaraq məlumatlar bildirilməlidir, yoxsa necə? Yəni mail ünvanı olaraq mı qeyd edim və göndərim?

      Əgər belədirsə, Gmail vasitəsilə göndərdiyim zaman bu ünvanı səhv olaraq tanıyır.

      • Elza xanım, sayənizdə nəzərdən qaçan texniki problemi aradan qaldırdıq. Təşəkkür edirəm.

Cavab yazın