Hardware Comparison

Salam her birinizə. Məsləhətlərinizə ehtiyacım var. Demək bir application server qurulmalıdır hansiki, sayları 10-dan az olan clientler qoşulacaq. Ona şəbəkə üzərindən. Problem ondadır ki, bu server üçün hansı hardware daha yaxşıdır ona qərar verməkdə çətinlikçəkirik. Əlimizde bir avadanlıq var, normal PC’dir 16 ram cpu ise core i7. İkincisi isə Dell Poweredge serverdi. 2900 model. 4 ram intel xeon quad core cpu. Hər biri 300 gb olmaqla iki hdd. İndi bizdə PC işləyir, Dell’i alib almamaqda qərarsızıq. Sadəcə bilmək istəyirəmki, dell server indi əlimizdə olan bu PC’dən daha çox üstündürmü və yaxud ümumiyyətlə ehtiyac varmı onu almağa,  yoxsa zəifdirmi hətta? Zəhmət olmasa fikirlerinizi bildirərdiz. Əvvəlcədən təşəkkürlər.

Səs: +20. Bəyənilsin Zəifdir

Baxılıb: 1155 dəfə

Cavablar ( 3 )

  1. Salam Nihad bəy,

    Ümumiyyətlə fərdi kompüterlər 24/7 rejimində istifadə edilmək üçün nəzərdə tutulmayıb. Buna görə fərdi kompüterlərin qurğuları ilə server qurğularının tərkiblərində davamlılıq məsələsi fərqlidir. Öz təcrübəmdə bəzən server əvəzinə pc istifadə etmişəm, lakin serverdən fərqli olaraq hdd corruptionlarla filan çox rastlaşmışam. Bəzi hallarda isə PC normal işləyib. Əgər işlər 24/7 rejimində aparılacaqsa server istifadə etməyinizi tövsiyə edirəm.

  2. Salam Nihad bəy,
    Göstərdiyiniz istifadəçi sayı baxımından deyə bilərəm ki, Dell Serveriniz 4 RAM olmasına baxmayaraq sizin tələblərinizi qarşılaya bilər. Lakin burada Applicationun ağırılığını da nəzərə almaq lazımdır. Application`un Web və ya Desktop əsaslı olması performans baxımından böyük fərq yaradır.

    Kənan bəyin, dediyi kimi, normal PCnin avadanlıqları 24/7 üçün nəzərdə tutulmayıb və bundan başqa normal PClərin RAM və HDDlərinin Corruptionlara qarşı müdafiəsi də zəifdir.

    Buna görə də Server istifadə etməyiniz məsləhətlidir. Əgər iki hard diski varsa, RAID 1 etməyinizi tövsiyyə edirəm.

  3. He teshekkur edirem her birinize.Mene esas lazim olan PC’nin  Server’i evez edib etmemeyi idi.Chox sagolun ki lazim olan cavabi aldim.Chox sagolun

Cavab yazın