HDD-də “bad sector” problemi

Bad sector yaranan zaman nə etməəli?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 4105 dəfə

Cavablar ( 3 )

  1. Çalışacam ətraflı yazım ki, mənim kimi bu sahədə təcrübəsi və bilgisi az olan insanlara az da olsa faydası dəymiş olsun, kompüterin bu cür davranışı ilə rastlaşdıqda necə rəftar etməli olduqları barədə müəyyən qədər də olsa təsəvvürləri formalaşsın.

    Deməli, dostumun (bu dəfə bir başqasının)) ) kompüteri işləmirdi, gətirdik baxdıq, qida bloku sıradan çıxmışdı. Yeni qida bloku aldıq dəyişdik, kompüteri də format etdik, proqramları yenidən yüklədik, yoxladıq, hər şey normal, işlək vəziyyətdə təhvil verdik. Bir həftədən sonra yenidən dedi ki, kompüteri işləmir. Kompüter müəyyən qədər işləyirmiş, sonra öz-özünə restart olurmuş. Yenidən əməliyyat sistemi açılırmış, müəyyən qədər işlədikdən sonra yenə restart olurmuş. Sonralar isə əməliyyat sistemi ümumiyyətlə açılmayıb, kompüteri qoşduqda restart verə-verə dururmuş. İlk ağlımıza gələn o oldu ki, ya işıq zəifdi deyə bu problem əmələ gəlir, ya da sonuncu alıb dəyişdiyimiz detal qida bloku olub, yəqin onda problem var. Gedib baxdıq, kompüteri qoşduqdan sonra Windows XP yüklənmə pəncərəsi görsənir, amma sonra göy ekranda nəsə yazı çıxır, heç yarım saniyə görsənməmiş restart gedir, ona görə də heç nə oxumaq olmur. Və bu dayanmadan təkrar olunur, safe modunda da açılmır.

    Case`i götürüb gəldim, əvvəlcə öz PC`mın şunurlarını taxıb yoxladım, bəlkə kabellərdə boşluq, problem ola bilər deyə. Eyni vəziyyət təkrarlandı. Sonra Live CD qoydum CD-ROM`dan boot elədim, kompüter açıldı, bir neçə saat Live CD ilə işlədi, amma bir dəfə də olsun restart getmədi, bu da qida blokunda problem ola bilmə ehtimalını azaldırdı. Total Commander`lə diskləri açıb içinə baxmaq istədim, D diski rahat açılırdı, içindəki hər faylı açıb baxmaq olurdu. Amma C diskini seçdikdə donurdu və “unknown” verirdi. Bir neçə test proqramını yoxlamaq istədim, amma əksəriyyəti C diskini görmədi. CD`nin içində olan mümkün repair, recover proqramlarını yoxladım, amma heç bir xeyri olmadı. Fikirləşdim kompüter öz-özünə bir xeyli yanıb-söndüyü üçün ola bilsin əməliyyat sistemində problem əmələ gəlib. Ona görə C diskini format edib əməliyyat sistemini yenidən yazmaq qərarına gəldim. Fayllar kopyalanmağa başladı, faiz sonacan tamamlandı, bu etapa çatanda kompüter öz-özünə söndü.

    http://postimg.org/image/x76l8iyoz/

    Power düyməsini sıxıb yandırdım, maraqlıdı ki, həmin qaldığı yerdən windows yenidən yüklənməyə davam etməyə başladı, amma az sonra yenə söndü. Bu dəfə yandırdıqda isə qara ekran gəldi, əməliyyat sistemi yarımçıq yükləndiyinə görə heç nə açılmadı, ekran qaralıb durdu. Live CD`dən Total Commander`lə yenidən C diskinə girib baxdım, bu dəfə disk açıldı, amma görünürdü ki, windows fayllarının hamısı yüklənməyib. Öz PC`dakı Windows XP`nin Acronis`lə back-up`nı götürmüşdüm, həmin back-up faylını flasha atıb bu PC`dakı əməliyyat sistemini qaytarmaq qərarına gəldim. Amma bu dəfə problem back-up faylını flasha atmaqda yarandı. Bu məqamı da qeyd edim, bəlkə kimin üçünsə faydalı oldu. Back-up faylının həcmi 8 QB idi, flash isə 32 QB`lıq idi və içi də boş idi. Amma faylı flasha atanda error çıxırdı ki, faylın həcmi böyükdü və flashda yer yoxdu. Bir nəfərdən eşitmişdim ki, flash əgər FAT32 sistemi ilə format olunubsa, ona boyuk fayllar atmaq olmur. Bunun üçün onu NTFS sistemi ilə format edib, sonra atmaq lazımdı. XP`də NTFS ilə format etmək mümkün deyildi, Noutbukda Windows 7 idi, onda NTFS ilə format etdim, sonra yenidən cəhd etdim bu dəfə alındı. Sonra Boot CD`dən Acronis True İmage proqramı vasitəsilə back-up fayl vasitəsilə əməliyyat sistemini qaytardım. Proses uğurla başa çatdı, amma PC`nı yenidən yandırdıqda lap əvvəlki problem – həmin “restart” problemi yenə gəldi. Problemin HDD`dən qaynaqlandığını təxmin edirdim artıq, amma tam arxayın olmaq üçün tənbəlliyi bir kənara qoyub qida blokunu bir də yoxlamaq qərarına gəldim. Onu dükandan özümüz almışdıq deyə əmin olmaq istəyirdim ki, problem onda deyil)) Öz kompüterimin qida blokunu bu kompüterə qoydum, bu PC`dakı qida blokunu isə öz kompüterimə. Kompüterimi çalışdırdım, normal açıldı işlədi. Amma dostumun kompüterini işə saldıqda həmin problem yenə eyni formada özünü büruzə verdi.

    Artıq ağlıma gələn bir variantım qalmışdı – HDD`ni test etmək. Hiren`s BootCD diskini qoşub, HDD Regenerator vasitəsilə ilə test elədim, amma “scan and repair” seçmədim, ancaq “scan” seçdim, çünki eşitmişdim ki, repair edəndə bad sectorun tutduğu yaddaş avtomatik olaraq itirilmiş olur.
    Deməli scan`ın nəticəsi olaraq bir bad sector tapdı:

    http://postimg.org/image/d4qw2j9sn/

    Bu cür situasiya ilə birinci dəfə qarşılaşdığım üçün girib internetdən bad sectorlar haqqında oxumağa başladım..

    PC`dakı bad sector haqqında daha aydın məlumat almaq, onun HDD`nin hansı hissəsində olduğunu dəqiqləşdirmək üçün HD Tune ( http://www.hdtune.com/download.html ) proqramını yükləyib Mini XP ilə açıb yenidən test etdim:

    http://postimg.org/image/7xgd5fd8l/

    Şəkildən göründüyü kimi burada sektorlar kiçik kvadratlar şəklində göstərilib və soldan sağa 50 ədəd kvadrat var, hər birinin də həcmi 61 meqabaytdı. PC`dakı bad sector yuxarıdan aşağıya 9-cu sırada, 11-ci yerdə idi. Hesablama apararaq müəyyən etdim ki, bad sector təxminən 25-ci GB`dakı yerdədir ( (8*50+11)*61 ). Disklərin bölgüsünə görə bu yer də C diskinin payına düşürdü, böyük ehtimal yəqin bu bad sectora görə əməliyyat sistemi açılmırdı, bu hissə zədələndiyinə görə bəlkə də orda olan hansısa fayl oxunmurdu. Artıq bad sectoru repair etmək labüd idi və ən məsləhətli proqram da elə HDD Regeneratorun özü idi. Bu proqramla HDD`ni birinci dəfə scan edərkən 90 dəqiqəyə yaxın vaxtımı almışdı. Bu dəfə “scan and repair” zamanı vaxta qənaət etmək üçün kiçik hesablama apardım. Artıq təxmini bilirdim ki, bad sector 25-ci QB`dakı hissədədi və ona görə də hesablama apardıqdan sonra scan olunacaq başlanğıc sektorun nömrəsini (default olaraq sıfır olur) 50.000.000 etdim və bad sectoru tapıb recover etdikdən sonra proqramı dayandırdım. Cəmi 2 dəqiqə vaxtımı aldı)

    Növbəti etap diskləri yenidən bölüb format etmək idi. Repair olunmuş bad sectorun tutduğu həcm avtomatik olaraq HDD`dən itirilmiş hesab olunur, onun üzərinə heç nə yazılmır oxuduqlarımdan başa düşdüyümə görə. Amma yenə də hər ehtimala qarşı özümü qarantiyaya almaq üçün, diskləri bölərkən həmin hissəni C diskinin tərkibinə daxil etmədim. C diskinin həcmini 23 QB təyin etdim, sonra bad sectorun daxil olduğu 4 QB`lıq bir boş sahə (tam arxayın olmaq üçün)) ) və bir də E diski.

    http://postimg.org/image/bq36hrybb/

    Günorta saat 2`də başladım, fasiləsiz və dincəlmədən gecə saat 4`ün yarısı ancaq bitirdim))
    Hal-hazırda kompüter normal işləyir 🙂

  2. Təşəkkürlər təcrübənizi bölüşdüyünüz üçün.Kiməsə yararlı olacaq əminəm.
    Bütün bu çəkdiyiniz əziyyətlər mənə də tanışdır)
    Şəkildə göstərdiyiniz 1 bad sector-lu HDD-im olub nə oyunlardan çıxmamışamsa onunla (hətta low level format belə etmişəm)
    xeyri olmayıb.Əvvəl axır tez bir zamanda HDD zibil yeşiklik olacaq.
    Ümumi belə diskdə iri bir faylın kopyalanması hansı sürətlə gedir sizdə?(yaxud iri bir faylın rar arxivə salınması)
    Çox ləng gedirsə N kiçikdir 1 MB/s diskin sonudur.
    Yeri gəlmişkən belə problemlərdə Low Level Format Tool
    http://hddguru.com/s…el-Format-Tool/

    Sistemə boot edirsiniz Live CD-dən +flash-kanın içində isə bu LLF tool .
    Execute-edib LLF-i bütün HDD-ni format edirsiniz ən dərin səviyyədə.
    Biraz uzun sürən prosesdir ammaki etibarlı yollardan sayılır.
    Əgər LLF-dən sonra belə bad sector aradan qalxmırsa HDD-nin sonudur.(hardware səviyyədə)
    Mən dəfələrlə şəxsən bu qənaətə gəlmişəm.Təki işləsin HDD-i ammaki istənilən halda təzə bir HDD almaq məncə daha dürüst olar.

  3. WhatsApp Image 2016-12-19 at 17.24.48

    bu problemi nece hell etmek olar?

     

Cavab yazın