HDD-i necə sıfırlayım?

Salam. Mən HDD-i tam sıfırlamaq istəyirəm, amma melumatları heç bir proqram vasitesilə geri qaytarmaq mümkün olmasın və HDD full işlek vəziyyətdə olsun… bunun üçün məsləhət verməyinizi xaiş edirəm… təsəkkürler…

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1618 dəfə


Bu sual İstifadəçi profili məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 8 )

  1. Salamlar,

    Wipe edəcəyiniz disk üçün DOD (Department of Defense) standartlarını dəstəkləyən proqram təminatlarından yararlanmalısınız.

    Bunlara örənk olaraq  DBAN kimi bir çox proqram təminatından yararlana bilərsiniz.

    http://dban.org/download

    Ümid edirəm ki, bu məsələyə məlumatlı şəkildə yanaşırsınız. Hər hansı bir diqqətsizlik nəticəsində geri dönüşü olmyan informasiya itkisi ilə üzləşəcəiyinizi nəzərdən qaçırmayın.

    Uğurlar

    Qeyd: Bu tip proqram təminatları üçün TechNet.Az Portalı üzərində yazılmış istifadəçi cavabları sadəcə məlumat məqsədi daşıyır. Yaranacaq hər hansı bir problemə görə heç bir məsuliyyət daşımırıq.

     

     

  1. Salam. Məlumatların qaytarıla bilməməsi yalniz o vaxt mümkün olar ki, həmin məlumatın üzərinə başqa bir məlumat yazılmış olsun. Əgər windows 8 (8.1) əməliyyat sistemi istifadə edirsinizsə, tövsiyyə olunan üsul belədir:  mausu ekranın sağ yuxarı küncünə gətirərək “Settings” seçirsiniz və açılan pəncərədən “Change PC settings” deyərək şəkildəki kimi irəliləyə bilərsiniz.

    remove everythingBu seçimlə sərt diskinizdə olan bütün məlumatlar silinər və windows yenidən yüklənər. Yəni ilk almış olduğunuz gün kimi tər-təmiz olar.

    HDD istifadəsi zamanı hər hansı bir məlumatın silinməsi sadəcə HDD-nin o məlumatı silinmiş olaraq işarələməsidir, əgər məlumat tam silinməzsə müxtəlif üsullarla geri qaytarıla bilər.

    SSD istifadəsi zamanı isə TRIM adlanan bir xüsusiyyət vardır ki, silinən məlumatı təmamilə aradan qaldırar və növbəti məlumatı onun üzərinə yazar. Bu zaman həm Əməliyyat sisteminiz həm də SSD bu funksiyanı dəstəkləməlidir. Avtivləşdirmə əmri isə belədir: “fsutil behavior set DisableDeleteNotify 0

    0-aktivləşdirmə, 1 -isə deaktivləşdirmə üçün istifadə oluna bilər. “fsutil behavior query DisableDeleteNotify” əmri vasitəsilə funksiyanın aktiv və ya deaktiv olmasına nəzər sala bilərsiniz.

  2. Salam. Əgər söhbət daxili HDD-dən gedirsə mən özümün rastlaşdığım bir halı qeyd edə bilərəm. Siz əgər bu HDD-ni Windows-la format edərkən misalçün kohnə C və D diskini tamamilə silib tam yeni həcmdə C və D diskləri yaratsanız bu halda Recovary proqramlar formatdan sonraki C və D diskinin həcmini göstərəcək və orada da heç bir köhnə məlumat olmayacaq.

    Digər bildiyim üsul isə Microsoftun bu məqsədlər üçün yaratdığı “Sdelete” funksiyasından istifadə etməkdir.   Aşağıda Sdelete faylı haqqında ətraflı yazılmış və endirə biləcəyiniz linki qeyd edirəm.

    https://technet.microsoft.com/en-us/sysinternals/bb897443.aspx?f=255&MSPPError=-2147217396

    Uğurlar.

    • Ferid Mirzeliyev,sizin 1-ci dediyiniz usulla formatdan sonra men icindeki butun fayllari geri qaytarmisam,amma acmaq munkun olmayib(sadece .pdf formatinda olan senedlerin bezileri tam acilib)…yeni demek istediyim fayllari qaytarmaq olubsa yeqinki onlari acmaqda munkun olacaq…Sdelete yoxlamamisam,amma en qisa zamanda yoxlayacam…tesekkurler

  3. cox sagolun minnetdaram vaxtinizi ayirib cavablandirdiginizcun

  4. Salam, low level format tool-dan istifadə edərək partitionları formatlaya bilərsən.. Bu formatdan sonra qaytarmaq qeyri-mümkün kimidir..

  5. Salamlar,

    Wipe edəcəyiniz disk üçün DOD (Department of Defense) standartlarını dəstəkləyən proqram təminatlarından yararlanmalısınız.

    Bunlara örənk olaraq  DBAN kimi bir çox proqram təminatından yararlana bilərsiniz.

    http://dban.org/download

    Ümid edirəm ki, bu məsələyə məlumatlı şəkildə yanaşırsınız. Hər hansı bir diqqətsizlik nəticəsində geri dönüşü olmyan informasiya itkisi ilə üzləşəcəiyinizi nəzərdən qaçırmayın.

    Uğurlar

    Qeyd: Bu tip proqram təminatları üçün TechNet.Az Portalı üzərində yazılmış istifadəçi cavabları sadəcə məlumat məqsədi daşıyır. Yaranacaq hər hansı bir problemə görə heç bir məsuliyyət daşımırıq.

     

     

  6. Elgüc müəllimin sözünə qüvvət wipe adlanan toollar deyə axtarışa versəniz bu tip proqramlar tapa bilərsiniz. İstifadə etmişəm və məlumatları geri qaytarmaq olmur. Bundan başqa format lovv level olaraq gedəcək, ancaq nəzərinizə çatdırmaq istərdim ki, çox zaman alacaq.

    Qeyd: Bir şeyi unutmayın ki, hal-hazırda elə laborotoriyalar var ki, istəsələr bu məlumatları bərpa edə bilərlər.

  7. Haminiza tesekkur edirem…low level format esitmisem amma hec bu qaydada format etmemisem…bu ornekleriniz,meslehetleriniz menimcun cox deyerli oldu…bir daha tesekkurler

Cavab yazın