HP Laserjet Color printer

Salam, Hp Laserjet 5550 color printeri var. 

 Color-LaserJet-5550-ds

Bu printerə çap etməyi üçün sənəd göndərdikdə sənədin altında müəyyən aralıqlarla kiçik qara ləkələr olur.
11117430_963313233731714_301916503_n

Şəkili yaxınlaşdırıb alt hissəyə diqqətlə baxsanız görərsiniz. Katricləri çıxardıb 1-1 sildim (Ehtiyyac yox idi amma elədim). Plyonka’nı da sildim. 1 sözlə salfetkanın girə biləcəyi hər yeri təmizlədim. Amma həmin problem yenə də var. Necə edim ki, aradan götürülsün bu problem ? Təşəkkürlər.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 866 dəfə

Cavablar ( 5 )

  1. Salam. Bu problem çox vaxt barabandan qaynaqlanır. Məsləhət o ola bilər ki, bir printer servisinə göstərəsiniz.

    • Əvvəlcə bütün sənədləri qara rəngdə çıxardırdı. Elə bil katrici açıb tökmüsən üstünə. Qara katrici çıxardıb əməlli başdı sildim. Amma təkcə bu problem qaldı. Barabanı özüm açıb düzəldə bilərəm ? Yoxsa ancaq və ancaq servis edə bilər ?

  2. Açığı heç vaxt mən özüm dəyişməmişəm, Dəyişə bilən əlbəttə ki dəyişir. Amma məsləhətdir ki dəyişməzdən qabaq servisə göstərəsiniz.

    • Mən dəyişməyi yox düzəltməyi nəzərdə tuturdum. Çıxartdım üstdən baxdım heçnəyi yoxdu. Üstündəki mürəkkəbləri təmizlədim. İçini açmadan yerinə qoyub diagnostic elədim. Yenə həmin tema. Çox sağolun diqqətinizə görə

      • İdris bəy, baraban təmir olunmur, müəyyən dövr işlədikdən sonra, onu dəyişməklə, problemləri aradan qaldırmaq olur. 

        Əgər heç vaxt baraban dəyişməmisinizsə, o zaman katrici servisə aparın, dəyişsinlər. 10-12 manat arası olmalıdır qiyməti. 

Cavab yazın