HP Laserjet Professional P1102

Salamlar, Terminal server var. Əməliyyat sistemi Server 2008 R2 -dir. İstifadəçilərin hamısı terminal serverə qoşularkən printer avtomatik olaraq redirect olunur. Müxtəlif printerlər var, yalnız hp laserjet p1102 markalı olan istifadəçilər terminal serverə qoşularkən printer normal redirect olunur, amma çap etmək mümkün olmur.Həmin printerin driverini rəsmi saytından son versiyasını yükləyərək yenilədim amma xeyri olmadı. Qeyd edim ki terminal server ilə istifadəçilər lokal şəbəkədə deyil. Təşəkkürlər.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1363 dəfə

Cavablar ( 3 )

  1. Namiq bəy, salam.

    Eyni tipli problem ilə şirkətlərdən birində mən də rastlaşmışam. Bir xeyli müddət – müxtəlif həll yollarını araşdırdıq. Group Policy-nin başına min “oyun açdıq”. Eyni siz yazan simptomlar idi. printer görünürdü istifadəçidə, çap xətasız gedirmiş kimi görünürdü, lakin çapdan heç nə çıxmırdı. Ən sonda problemin şəbəkdən qaynaqlandığı ortaya çıxdı. Məncə bu halda Şəbəkə Admininizi köməyə çağırın.

    Uğurlar.

     

    • Salam Elvin, cavablandırdığın üçün çox sagol. Bizdə terminal serverdən test page çap edəndə xəta verir. (Test page failed to print yazılır). Amma bu problemin şəbəkədən qaynaqlandığını düşünmürəm çünki, bu istidadəçinin 2 printeri var, biri rəngli  o biri isə hp 1102 -dir. Rəngli printer ile terminaldan çapa göndərəndə heç bir problem olmur. Yalnız hp 1102 markalı printerdən çapa göndərmək olmur.

      Bu printerdən daha 3 istifadəçidə var. Hamısında eyni problemdir. Printer redirect olunur ama çapa göndərmək olmur.

       

      • Namiq bəy, sizi yalnış yöndə yönləndirmək istəmirəm.
        Eyni problemlə rastlaşdığım üçün fikir bildirmədən də keçmək olmur. 🙂 Həmin şirkətdə də oxşar durum idi. İstifadəçilərlə eyni otaqda olan Rəngli printer (HP) çap edirdi. Digər otaqda olan (Canon A3) ağ qara printer isə çap etmirdi. Şəbəkə administratorunun nələri dəyişdiyini bilmədiyim üçün daha dəqiq cavablandıra bilməyəcəm, lakin düşünürəm ki, sorğuların printerə çatmasına maneçilik törədən hal Vlan-ların düzgün tənzimlənməməsi imiş.

        Hər ehtimala qarşı, şəbəkə inzibatçısı ilə də məsləhət edin.

        Həll yolunu tapdıqdan sonra, paylaşmağınız çox gözəl olar. Gələcəkdə eyni problemi yaşayan insanlar daha tez həll edə bilərlər.

         

        Uğurlar.

Cavab yazın