HP Pavilion g6-1331sr driverları lazımdır

Mənə HP Pavilion g6-1331sr driverları lazımdır.
İnternetdən HP`nin öz saytından tapdım ama yükləmək olmur ki, olmur.

Köməklik etsəniz sevinərəm.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1893 dəfə


Bu sual İstifadəçi profil redaktoru məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 12 )

  1. Düz açılıb səhifə. Orda seçim etmək gərəkdir. Aşağıda göstərdiyim linkə daxil olun. Windows 7 üçün driver-ləri yükləyin.

    http://support.hp.com/ru-ru/drivers/selfservice/HP-Pavilion-g6-Notebook-PC-series/5186808/model/5266223#Z7_3054ICK0KGTE30AQO5O3KA30R1

  1. Salam Sərdar bəy, zəhmət olmazsa, əməliyyat sisteminin adını və neçə bitlik olmasını qeyd edin. İstehsalçının saytında qeyd edilib ki, bu noutbooklar Windows 7 64 bit və Windows 8 64 bit üçün nəzərdə tutulub. Əgər 32 bitlik ƏS yazılıbsa, o zaman driverləri quruşadıra bilməməyiniz normaldır. Silinib 64 bitlik versiya yazılmalıdır.

    http://support.hp.com/ru-ru/product/HP-Pavilion-g6-Notebook-PC-series/5186808/model/5266223/drivers

    Əgər başqa problemdirsə, driver yazılmadığı zaman nə baş verdiyini qeyd edin. Hansı erroru alırsınız?

    •  

      Salam Araz.

      Qaqaş əvvəla, keçən dəfəki köməyinizə görə çox sağ olun. Sizdən sonra heç bir suala ehtiyac qalmadan bütün driverları verdiyiniz son program ilə yükləyib qurdum kompüter işlədi. Açığı məndə Windows 8.1 32 bitdir. İndi internetdən 64 bit Windows 8.1 yükləyəcəyəm. Mənə həm HP Pavilion g6-1331sr driverları həm də Windows 8.1 64 bit ama torrent yükləmə saytından lazımdır. Çünkü internetim elədir ki, adi saytdan nəsə yükləyəndə yükləmə yarıda kəsilir. Ama torrent ilə həm daha sürətli yüklənir, həm də kompüteri söndürsən belə, yananda qaldığı yerdən yüklənir. Torrent saytdan əməyin hədər olmur. Ona görə də torrent saytdan versəniz daha yaxşı olar. Həm də keçən dəfə verdiyiniz linkdəki programla driver quraram ama, kompüteri format edəndə heç modemin şunuru ilə də internetə girmir. Gərək əvvəl lan driverlarını qurum şunur ilə internetə girsin ki, o biri driverları siz verən programla avtimatik yükləyim.

       

      • Salam Sərdar bəy. Xoş gəldiniz 🙂 

        Hə o, verdiyim program sırf ACER istehsalı olan notbuklar üçün idi. İndiki halda isə, siz HP üçün yükləməlisiniz. 

        Qəti şəkildə məsləhət görürəm ki, driverləri ancaq və ancaq rəsmi vebsaytdan yükləyəsiniz. İnternet bağlantı problemini aradan qaldırın. Torrentdən yüklənilən programların mənşəyi bilinmir, driver ilə birlikdə çoxlu ziyanverici program filan da yüklənə bilər. Başınızı ağrıdacaq gələcəkdə. 

        Verdiyim keçiddən driverləri yükləyin. 

        Əməliyyat sisteminə gəlincə isə, ancaq rəsmi saytı tövsiyyə edə bilərik. TechNet.Az – da pirat, crack olunmuş proqram təminatları QƏTİ şəkildə paylaşılmır. Bu qanunvericiliyə və istifadəçilərin özlərinə ziddir. 

  2. Mənə Windows 8.1 üçün lazımdır.
    Windows 8.1 driverlarını yollayın zəhmət olmasa.

  3. Həmən səhifədə yuxarıya diqqət edin, İzmenit linkinin üstünə vurun. Siyahıdan Windows 8 seçin.

    Ваша ОС: Microsoft Windows , Microsoft Windows 7 Изменить

     

    • Bütün driverları yüklədim. Çox sağ ol qaqaş.
      Mənim yüklədiyim Windows 8.1, Türk dilindədir ama burdakı driverlar isə Rus dilindədir. Bunun bir fərqi var?

      • Onu da deyim ki, mən indi fikir verdim, Rus dilində 12 driver var, Türk dilində isə 13 driver var.

        • Prinsipcə problem çıxmamalıdır. Yaxşı olar ki, eyni olsun.

          Bəzi hallarda unicode fərqi filan olduqda, yazılarda problem çıxa bilər. Amma ümumilikdə bir fərq olmamalıdır.

          • Çox sağ ol qaqaş.

            Türk dilində olan driverları yüklədim elə.

            Köməyinizə görə çox sağ olun.

            Yaxşı ki, bu sayt qabağıma çıxdı, sırf işin professionallarından soruşuram. Facebook`da hamısı ağıllı-ağıllı danışır, heç biri də heç nə bilmir. Yalandan danışmaqları var. O gün siz sualı saytda verin deyəndə də, daha o mövzuya başlamışdıq deyə, təzdən bir də mövzu açmaq istəmədim saytda. Təzə sualım olanda mövzu açaram dedim.

          • Sərdar bəy, saytla yaxından tanış olun, burda öz millətimizin övladları üçün xeyli gözəl imkan hazırlamışıq. Faydalı olacağına ümid edirik.

            Sosial şəbəkələrdəki ağıllılardan can qurtarmaq üçün dost tanışınızı da bura yönləndirin. Suallarına cavabı burda tapsınlar 🙂

             

            Uğurlar.

Cavab yazın