HP Proliant ML350 G8 Fan 100%

Salam hər birinizə.Belə bir problemlə rastlaşmışam. Bir Serverimiz var (HP Proliant ML350p G8) . Son 2  3 gündürki bir problem yaranıb. Server durduq yerdə 100% fan işlətməyə başlayır 2-3 dəqiqə dayanmadan güclü səslə.Və bu proses gün ərzində 2 3 dəfə təkrarlanır. Həmin an CPU 2-3% Ram isə 50% işləyir.  Server heç bir əlavə resurs işlətmir..Otaq tempraturu 18 dərəcədir. Bios və İLO firmware ən sonuncuya güncəllənib.  Hətta F10-u basıb intelligent provisioning modda işləyəndə belə birdən birə başlaya bilir. Bunun çarəsi nə ola bilər?

Təşəkkürlər.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 829 dəfə

Cavablar ( 7 )

  1. Elgüc bəy hardasa problem həll olundu. Vurğuladığınız kimi hdd da buna işarə idi.

    Disk ilə bağlı çıxan errorlardan sonra 5ci diskin  işığı yandı. Down oldu. Raid vardı deyə məlumat itkisi olmadı düzdür. Ama o HDD dayandıqdan sonra server stabil səssiz işləməyə başladı.

    Təşəkkürümü bildirirəm.

  1. Salam Elbəy bəy,

    Səbəbləri çox ola bilər bu problemin, bir əlavə olaraq bildirim ki, bəzən unsupported HDD dən qayanqlana bilər problem. Serverlər üzərindəki disklər HP logoludur ?. Birdə bu problem birdən birə baş verib yoxsa hansısa firmware yeniləməsindən sonra yaranıb ?.

    Integrated Management Log -da hər hansı bir anormallıq görəsənirmi ?

  2. Salam Elgüc bəy.

    Bu server 2 ildən çoxdur ki işləyirdi problemsiz ama birdən baş verdi. Bəli bütün disklər HP-dir.

    Onun üçün Firmwareleri update etdim ki düzələ ama olmadı.

    Integrated Management-de HDD Log var  ama həmin problem anında loglamır başqa zamanlarda o problem loglanır. Problem bu ola biler?

  3. Burdakı problem fərqli problemdir. Disklərə baxa bilərsiniz ki, hər şey yolundadır yoxsa yox. Lakin buna baxmayaraq bu errordanda qaynaqlanma və yaxud buna işarə ehtimalı ola bilər.
    Siz  birdə zəhmət olmasa diqqətin edin görün hər zaman bütün fanlar sürətlə çalışır ?. Bəzən hər hansı bir fan dayanan zaman digər fanlar yüksək sürətlə çalışır. Fanların yerinidə dəyişib vəziyyəti yoxlaya bilərsiniz.
    Kənardan bir az risklidir fikir söyləmək. İmkan varsa serverlərin mütləq backupini alıb,  Firmware diskindən yenidən Controlleri (Disk Array ) force mode çəkərək eyni frimware yazın zəhmət olmasa və yaxud 1 versiya aşağı çəkin. Olmasa supporta case açamaq lazımdır. Əgər support mövcuddursa.
    Disklərə mütləq diqqətin edin zəhmət olmasa Contorollerin doğru çalışıb çalışmadığından əmin olun.

  4. Əlavə error kodlara göz atdım HP-nin rəsmi səhifəsindən. Bunlarada baxmaqda yarar var.

    Qaynaq

    1716 Error Message
    Error Message:
    1716-Slot z Drive Array Controller – Unrecoverable Media Errors Detected on Drives
    …Errors will be fixed automatically when these sectors are overwritten. Backup and restore recommended.
    Audible Beeps:
    None
    Possible Cause:
    A media error was detected on a drive and could not be corrected because of degraded fault tolerance or a media error at the same location on another drive in the same array. An unrecoverable read error will be returned to the operating system when this block address is read.
    Action:
    Backup and restore the data on the drive. Sequential write operations to the affected blocks should resolve the media errors.

    Hörmətlə,

  5. Elgüc Bəy Fanları dəyişdim yerlərini yoxladım hər biri işləkdir ama yenə problem yarandı eyni.

    Servis çağırdım baxıldı bildirdilər ki motherboard problemidir ama nəsə düşünmürəm ondandır. Çünki server özü özünün diaqnostics-lərində heç bir problem göstərmir. Bəlkə SPP yenisini yükləyim düşünürəm. Çünki bəzi farmware-lər köhnədə qalıb. 

    • Elbəy bəy,

      Geri dönüş üçün çox sağolun. Firmware-ləri yükləməkdə fayda var. Belə hallar dəfələrlə olub. Firmware həll edib məsələni. 
      DL-lərdə ana kart üzərində balaca ışıqlar var. Anormallıq olanda ana kart üzərində həmin ışıqların işləyiş qabilləti dəyişir, yanıb-sönmədən hiss olunur ki, nəsə nasazlıq var. ML-də rastıma çıxmayıb. Amma DL- 580 idi səf etmirməsə belə bir problemlə rastlaşımışam. HP dəyişklik edib fiziki olaraq. 

  6. Elgüc bəy hardasa problem həll olundu. Vurğuladığınız kimi hdd da buna işarə idi.

    Disk ilə bağlı çıxan errorlardan sonra 5ci diskin  işığı yandı. Down oldu. Raid vardı deyə məlumat itkisi olmadı düzdür. Ama o HDD dayandıqdan sonra server stabil səssiz işləməyə başladı.

    Təşəkkürümü bildirirəm.

Cavab yazın