Hub Switch və router

Belə bir sualım var. Biraz geniş olacaq ama yenede bilmək isdərdim . mende 6 komp var. 3-3 vorkqruplara bölünüblər. bir 3-lük hubla digər 3lük Svitçlə işləyir. svitçlə işləyən 3-lüyün svitçi internetə çıxışı olan routerə qoşulub və problemsiz işləyir. Lakin hubla işləyən 3lüyün hubunu routerə qoşandan sonra bütün şəbəkə alt üst olur. Səbəblər nə ola bilər?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1109 dəfə

Cavablar ( 9 )

  1. Salam İbrahim bəy,
    HUB və Router arasında qoşulan kabel hansı standartla yığılıb. Cross Cable yoxsa Straight-Through ?
    Siz yaxşı olar ki, HUB və ROUTER arasındakı kabeli Cross Cable vasitəsi ilə yoxlayasınız.
    Şəkildə gördüyünüz kimi, kabelin bir başında rəng ardıcıllığı başqadır, digərində isə bir başqa. Bu tipli bir kabel tabın yaxud, özünüz hazırlayın.

    10273-ethernetcrossed

  2. Cross kabeldir ele. Hubuda switchide routere qowarken  her ikisine qowulmuw hostlarda internet olur. yeni her ikisinde internet olur. sadece obwi papkalara giriwde problem olur. ele bilinki 3×3 qowulmada switche qoulmuw hostdan  diger switche qowulmuw hosta  girende  huba qowulmuw hosta gedib duwurem. hub-hostla hub-switc ip-leri eynidir. bunda bir problem ola biler?

  3. Ibrahim bəy,

    Fikrinizi tam aydın şəkildə ifadə etsəz minnətdar olariq.

    Onsuzda yazıb  əziyyətə qatılırsız shift+alt düyməsini istifadə etməklə Azərbaycan hərflərindən istifadə etsəz çox gözəl olardı.

    Həm sizin fikirlərinizi  anlayardıq həmdə sabah bu tip problem ilə qarşılaçacaq dostlarımıza kömək etmiş olardıq.

    Birdə qeyd edin istifadə etdiyiniz avadanlıqların modellərini

    Təşəkkürlər

  4. İbrahim bəy,
    Cavabınız üçün təşəkkür edirəm, zəhmət olmasa bu cümləni daha aydın yazın
    “hub-hostla hub-switc ip-leri eynidir. bunda bir problem ola biler?”

  5. Tam aydın şəkildə yazıram. Fotostudiyada işləyirəm iki çap aparatı (A və B) var.Hər çap aparatı 3 kompla işləyir. yəni bir birləri ilə şəbəkədə heç bir əlaqəsi yoxdu .Hər 1 çap aparatının bir Server kompyuteri və iki işçi kompyuteri var. Yəni çap olunacaq şəkillər işçi komplarda çap olunur serverə ötürülür serverdənsə aparata və şəkillər çapdan çıxır. A aparatının şəbəkəsi Hub üzərində B aparatının şəbəkəsi Svitç üzərində qurulub. Bura qədər məncə aydın izah edə bildim.Keçim əsas məsələyə. B şəbəkəsi yəni svitç üzərində qurulan şəbəkə kompyuterləri svitç üzərindən routerə qoşularaq internetə çıxış əldə edib. A şəbəkəsi isə  yəni hub üzərində qurulmuş şəbəkə kompyuterləri hub üzərindən routerə qoşulmayıb . Nəzərinizə çatdırım ki hub üzərində qoşulmuş kompyuterlərdən biri ilə svitç üzərində qoşulmuş kompyuterlərdən birinin İP adresləri və adları eynidir. Və mən hər iki şəbəkəni routerə qoşarkən şəbəkədə 2 problem yaranır.

    Problem 1 : Svitç üzərində qoşulu olan kompla digər svtiçdəki kompun obşiy dostup verilmiş diskinə daxil olarkən Huba qoşulmuş kompun obşiy dostub verilmiş diskinə düşürəm.

    Problem 2 : Hub şəbəkəsini şəbəkədən ayırdıqdan sonra huba qoşulmuş işçi kompyuterlə çap etdikdə serverə çap barədə məlumat getmir.Lakin obşi papkalara girişdə heç bir problem olmur. Sadəcə çap getmir.

    Svitçin modeli D-link-DGS1008A

    Hubun modeli TP-link Tl-LG1008

    İpləri dəyişməyə ehtiyat edirəm. Şəbəkəni pozmağa görə.

  6. Salam,

    Qeyd edim ki, hər iki avadanlıq svitç funksiyasını daşıyır

    ip range  eynidisə hər iki kompüterdə o zaman onu dəyişin

    o subnetdən istifadə olunmayan ip istifadə edin və papkaları yenidən ayarlayın

    vəssalam

    çalışın kompüterin adınıda dıyişəsiz ki gələcəkdə baş verəcək prbolemin qarşısını almaq üçün

    x adda bir  vorkgroup yaradın və həmin kompüterləri ora əlavə edin ip adres sıralama ilə adlarda fərgli korporativ imicı uygun şəkildə  yaradın

    Ola bilər  düz başa düşməyim sxemi  əgər bacarsaz  şəkil formasında  sxem çəkib bölüşəsiz

     

    misal üçün  router+ sviç(tplink və d-link)+ komp

    Uğurlar

     

     

  7. IMG_20150506_191939

  8. Salam Ibrahim bəy,
    “Nəzərinizə çatdırım ki hub üzərində qoşulmuş kompyuterlərdən biri ilə svitç üzərində qoşulmuş kompyuterlərdən birinin İP adresləri və adları eynidir. “
    Bu cümlənizi nəzərə alaraq deyə bilərəm ki, şəbəkədə eyni adlı komputerlərin və eləcə də eyni IP`li komputerlərin olması şəbəkədə konflikt yaradacaq. Buna görə də çalışın, bütün komputerlərin həm adları həm də IP`ləri fərqli olsun.

    Sxemə uyğun dəyişiklik edib göndərirəm. Burada “H” hərfi “HUB”u, “S” hərfi isə “Switchi” bildirir.

    Bu sxemi qurduqdan sonra çalışın, paylaşılmış qovluqları yenidən ayarlayın

    .

  9. IMG_20150506_191939

Cavab yazın