Hyper-V-də DHCP-ni necə söndürmək olar?

Salam TechNet-lilər. Belə bir problemin var. Hyper-V iki virtual maşın yaratmışam, biri server, biri isə klient komp-dur. Serverə statik ip vermək üçün DHCP ni söndürmək lazımdır WMWORKSTATIONDA bunu hardan söndürməyi bilirdim, amma hyper-v də bilmirəm. Xahiş edirəm köməklik edəsiniz.

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1360 dəfə

Cavablar ( 13 )

  1. Salam Xalid bəy. Mən sizə windows server 2012 r2 üzərində olan Hyper-V də bunu necə etmək yolunu göstərməyə çalışacam. VM-in üzərində saq düyməni sıxıb, Settings seçin, bundan sonra network adapter bölməsinə keçib + si sıxın və açılan bölmədən advanced features seçin. Bundan sonra DHCP guard hissəsinə quş qoyun və OK sıxın.

  2. Əlavə üçün şəkildən faydalana bilersiniz.

  3. Sag olun Elxan müəllim, siz göstərdiyiniz kimi elədim, ancaq belə bir səhv verir. Statik ip verdiyim halda statik ip verməyimi istəyir

    Mən ip4 statik ip vermisdim ola bilər ki ip6 da statik ip verməliyəm

    Bunları  windows 8 hyper v də virtual W ServerR2 yaradaraq edirəm.

     

  4. Xalid, bu normal haldır. Network adapterin IP v6 hissəsindən quşu götür. Bu xəbərdarlığı sistem artıq vermemelidir. Server əməliyyat sistemini AD DC etmək istədikdə bir daha bu xeberdarlığı versə narahat olma, DA olan duymeni  six və Domain controllerə qaldır serveri.

  5. Bunu  nece başa düşmək olar, niye bele yazir men quşu ip6 dan götürmüşdüm amma yene bele bir yazı çıxır. Yəni realda da bele səhvlər çox olur, yoxsa mən test rejimində olduguma görə belə səhv verir

  6. Qardaş bu realda da belə olur. Bu səhv deyil, sistem check edir və sənə mümkün təhlükə barəsində məlumat verir. DC normal olaraq qalxdı?

  7. Salamlar,

    Xaliq bəy bu səhv deyil. DNS, DHCP, Domain kimi xidmətlərdə statik ip mütləqdir. DHCP-üzərindən reserve edə bilərəsiniz, amma məqsədə uyğun deyil. Sadəcə bəzən statik ip qoyulsada sistem bunu gec təsdiq edir. Ona görə bu hallarda dəyişklik etdikdən sonra şəbəkə kartını disable/enable etmək, əlavə işlək olmayan şəbəkə kartlıarını söndürmək, bəzi istisna hallarda dəyişklik sonrası sistemi restart etmək məqsədə uyğundur.

    Uğurlar

  8. Elgüc məllim dəyərli məsləhətlərinizə görə çox sag olun

    Çox xaiş edirəm Hər şeyi qurduqdan sonra  dhcp de bele bir sehv verir

    event viever 1059 və bir də 1046

  9. Xalid bəy bu problem DHCP nin domain üzərində avtorizasiya keçməməsi ilə əlaqədardır. Sual artıq tam başqa mövzuya uyğundur. O səbəbdən forumun qaydalarına uyğun olaraq xahis edirik, yeni mövzu açasınız.

     

  10. Oldu Elxan Məllim dəstəyinizə görə çox sag olun Elgüc məllim siz də saq olun.

    Ümid edirəm Azərbaycan gəncliyinin savadlanmasına həmişə dəstək olacaqsınız

    Yəqin hacansa Hindistan və Çin kimi bu sahədə savadlı gənclər Azərbaycandada çoxalacaq…

  11. Xaliq bəy,

    Son problemin həll ekranını yerləşdirib, qarışıqlıq düşəmsin deyə mövzunu bağlı elan edirik. Hər şey yaxşı olacaq.

    Darxımaq lazım deyil, oxumaq lazımdır.

    Uğurlar.

  12. Salamlar,

    WDS özü elə deployment edir şəbəkədə. Clone məsələsinə gəlnicə sysprepdən yararlana bilərsiniz. Qorxusu yoxdur.

    http://www.technet.az/2012/09/27/system-preparation-too

    http://www.technet.az/2012/08/30/video-windows-deployment-services-wds/

     

    Uğurlar.

     

  13. Əlbəttdə.

    Elə WDS-in məqsədlərindən biri budur. PXE dəstəkləyən şəbəkə kartına ehtiyac olacaq. Demək olar ki, bu günün bütün komputerləri bu funksionallığı dəstəkləyir.

    Uğurlar

Cavab yazın