Əməliyyat Sisteminin İmage alınması, aktivasiya üsulları.

Salam.
İstifadəçiləri workgroup adı altında olan şirkətin və ya müəssəsənin kompyüterlərinə sistem yazmaq üçün hansı yolu seçməyi məsləhət görərdiniz ? Bir komputerə sistemi yazıb onun image-ni götürəndən sonra aktivasiyanı tez bir zamanda etmək üçün  nə etmək olar? Ümumilikdə hansı aktivasiya üsulunu seçmək olar. Təşəkkurlər.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1692 dəfə

Cavablar ( 4 )

  1. Murad bəy, salam.

    Gəlin hər iki variantı gözdən keçirək və hansının sizə daha uyğun olduğuna siz qərar verin.

    1)  Əgər KMS Key-niz varsa və Client sayı 25-dən çoxdursa KMS istifadə etməniz uyğundur. Belə ki, KMS hər 6 ayda bir aktivləşdirməni avtomatik rejimdə həyata keçirir, bunun üçün sadəcə KMS hostun açıq olması lazımdır. Günümüzdəki virtualizasiya texnologiyasın nəzərə alsaq, bir Virtual Maşını işlək saxlamaq çətin olmaz.

    KMS serverə qoşulan Clientlər hər 2 saatdan bir serverə aktivləşmə sorğusu göndərir. Əgər bu sorğunu göndərən clientlərin sayı 25-ə çatmayıbsa, kompüterlər hələki aktivləşmir, bu sayın (activation threshold adlanır) tamamlanmasını gözləyir. Tamamlandıqdan sonra, Client 180 günlük aktivləşir (the activation validity interval adlanır). Bundan sonra susmaya görə (default)  hər 7 gündən bir aktivasiyanı təzələyir. Əgər 180 gün ərzində təkrar aktivləşə bilməzsə, (yəni KMS host işlək olmasa, və ya serverə qoşula bilməsə) Client 30 günlük  güzəşt müddətinə (grace period) keçir. Güzəşt müddəti bitdikdən sonra limitli funksionallıq rejiminə keçir.

    Activation threshold – Client ƏS-lər üçün 25, Serverlər üçün 5-dir.

    Aşağıdakı mənbələrdən istifadə edilib.

    https://technet.microsoft.com/en-us/library/mt297921(v=vs.85).aspx

    2) Multiple Activation Key vasitəsilə aktivləşməni SYSPREP-in Out-of-Box-Experience (OOBE) (Run the sysprep command with the /OOBE option) ilə istifadə edilə bilər. Şəkildə də göründüyü kimi, OOBE “Salamlama”-dan öncə “Answer” faylını yoxlayır və tətbiq edir. Əgər həmin fayla Aktivləşdirmə açarını daxil etmişiksə, kompüter ilk internetə qoşulmada aktivləşir.

    OOBE Image

    Aşağıdakı mənbələrdən istifadə edilib.

    https://technet.microsoft.com/en-us/library/hh825195.aspx

    Güman edirəm ki, işinizə yarayacaq.

     

  1. Murad bəy, salam.

    Oxşar sual ilə tanış olmaq üçün, KEÇİD-dən istifadə edin, zəhmət olmasa.

    Uğurlar.

  2. Təşəkkürlər keçid üçün . Keçiddə kms server ilə əlaqəli sual var ancaq mən bildiyim qədəri ilə kms server  ilə aktivasiya etdikdə 6 aydan bir aktivasiyanı yeniləmək lazım olur. Mənə əsasən pərakəndə üsulla yəni MAK -la aktivasiya haqqında məlumat lazımdı. Açarları birbaşa image üzərinə  otuzdurub açar yazmadan rahat aktivasiya etmək. Araşdırmalar etdim və gördümki unattend.xml fayli yaratmaq lazımdı. Bunun nə qədər səmərəli olduğunu hansı vəziyyətdə səmərəli olduğunu yazardınız zəhmət olmasa.

  3. Murad bəy, salam.

    Gəlin hər iki variantı gözdən keçirək və hansının sizə daha uyğun olduğuna siz qərar verin.

    1)  Əgər KMS Key-niz varsa və Client sayı 25-dən çoxdursa KMS istifadə etməniz uyğundur. Belə ki, KMS hər 6 ayda bir aktivləşdirməni avtomatik rejimdə həyata keçirir, bunun üçün sadəcə KMS hostun açıq olması lazımdır. Günümüzdəki virtualizasiya texnologiyasın nəzərə alsaq, bir Virtual Maşını işlək saxlamaq çətin olmaz.

    KMS serverə qoşulan Clientlər hər 2 saatdan bir serverə aktivləşmə sorğusu göndərir. Əgər bu sorğunu göndərən clientlərin sayı 25-ə çatmayıbsa, kompüterlər hələki aktivləşmir, bu sayın (activation threshold adlanır) tamamlanmasını gözləyir. Tamamlandıqdan sonra, Client 180 günlük aktivləşir (the activation validity interval adlanır). Bundan sonra susmaya görə (default)  hər 7 gündən bir aktivasiyanı təzələyir. Əgər 180 gün ərzində təkrar aktivləşə bilməzsə, (yəni KMS host işlək olmasa, və ya serverə qoşula bilməsə) Client 30 günlük  güzəşt müddətinə (grace period) keçir. Güzəşt müddəti bitdikdən sonra limitli funksionallıq rejiminə keçir.

    Activation threshold – Client ƏS-lər üçün 25, Serverlər üçün 5-dir.

    Aşağıdakı mənbələrdən istifadə edilib.

    https://technet.microsoft.com/en-us/library/mt297921(v=vs.85).aspx

    2) Multiple Activation Key vasitəsilə aktivləşməni SYSPREP-in Out-of-Box-Experience (OOBE) (Run the sysprep command with the /OOBE option) ilə istifadə edilə bilər. Şəkildə də göründüyü kimi, OOBE “Salamlama”-dan öncə “Answer” faylını yoxlayır və tətbiq edir. Əgər həmin fayla Aktivləşdirmə açarını daxil etmişiksə, kompüter ilk internetə qoşulmada aktivləşir.

    OOBE Image

    Aşağıdakı mənbələrdən istifadə edilib.

    https://technet.microsoft.com/en-us/library/hh825195.aspx

    Güman edirəm ki, işinizə yarayacaq.

     

  4. Tesekkurler dolgun cavabiniz ucun. Yararli oldu.

Cavab yazın