Intervlan Routing Problemi

Salam dostlar,

Hal hazırda belə bir problemlə rastlaşmışam , cisco 3600 serialı switch və bir 7200 routerdən istifadə edərək intervlan roting quruldu, switchin routere baxan portu no switchport olaraq config edildi və ip 172.168.10.2/24  verildi, həmçinin router tərəfdədə ip 172.168.10.1 olaraq qeyd olundu , routerdə pat config edildi və 172.168.10.0 şəbəkəsi internetə qoshuldu, switchdə isə vlan interfacelərə ip verildi və default root olaraq 172.168.10.1 (router inside interface) qeyd olundu və switch də son olaraq ip routing komandası daxil edildi . Beləliklə switch və router internetə qoşuldular ama vlanlara üzv kompyuterler internete çıxa bilmədilər. Nəzərinizə catdırmaq istərdim ki, qeyd olunan configurasiyalar GNS3 və virtual box üzərində qurulub.

Nəyi səhf etdiyimi hələki tapa bilmirəm, bununla bağlı köməklik etsəniz sevinərdim . Təşəkkürlər

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 525 dəfə

Cavablar ( 4 )

  1. Fərid bəy salam,

    Hostlardan Routerin svitçə baxan İP adresini – 172.168.10.1 ping edə bilirsinizmi?

     

    Hörmətlə,

    Rizvan Bayramov

    CCIE #49908

  2. Salam Rizvan bəy,

    router üzərində default route yazanda hostlardan ping gedir ama sadəcə SW üzərində route yazanda getmir , hər iki tərəfdə də defaul rooute yazandada hostlar internetə çıxmırlar.

    yoxlamaq üçün router on a stick  l2  SW lə  konfiqurasiya etdim əvəl alınmadı ama sub interfacelərdə ip nat inside conf etdikdən sonra hər şey normal işlədi ,ama hələ də SVİ üzərində alındıra bilməmişəm .

  3. Sualda qeyd etdiyiniz config qalmaq şərti ilə, router-da subnet-lər üçün route əlavə edin. Next-hop kimi svvitch-e gösterin. Yoxlayın və nəticəni bölüşün.

     

  4. Bəli alındı əlavə olaraq pat üçün yazdıqım ACL-ə subnetleri də əlavə etmək lazımıymiş ,config bu cur olur

    ip route 192.168.10.0 255.255.255.0 172.168.10.2
    ip route 192.168.20.0 255.255.255.0 172.168.10.2

    !

    access-list 1 permit 172.168.10.0 0.0.0.255
    access-list 1 permit 192.168.10.0 0.0.0.255
    access-list 1 permit 192.168.20.0 0.0.0.255

    router uzerinde bu configləri etdikdən sonra hər şey qaydasına duşdu ,

    Rizvan Bəy köməyinizə görə təşəkkür edirəm çox sagolun.

Cavab yazın