İxtisas üzrə iş tapmaq

Hər kəsə salam olsun. Bildiyiniz kimi artıq dərs ilinin sonudu. Bu il 2. kursu bitirdim. Bu tətildə öz ixtisasım ilə əlaqəli bir işdə çalışmaq istəyirəm(ixtisas: komputer elmləri). Bunun üçün şirkətlərlə əlaqə saxlamaq lazımdır. Lakin bunu necə edəcəyim barədə heç bir fikrim yoxdur. Şirkətləri harda və necə tapmalı, necə əlaqə saxlamalı bu barədə cavablarınızı səbirsizliklə gözləyirəm.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2851 dəfə

Cavablar ( İxtisas üzrə iş tapmaq )

  1. Salam

    iş tapmaqçün day-day varsa asandır, yoxdursa aşağıdakıları məsləhət görürəm

    1. Çox sayda şirkətlər yay təcrübə proqramı elan edirlər, qoşulub təcrübə keçmək
    2. kompyuter texniki servis firmaları pulsuz olaraq işçilər dəvət edib işlədirlər. Siz örgənmək və təcrübə qazandılqdan sonra rəmi iş verirlər
    3. Müxtəlif kurslara getməklə yalnız beynəlxalq sertfikatlar əldə etdikdən sonra jobsearch.az boss.az kimi saytlara nəzər yetirib CV paylaya bilərsiniz.

    Yadda saxlayın ki təcrübəsiz və ya ixtisaslaşmasız şirkətlərin Sizi işə dəvət etmələri xoş bir arzu ola bilər. İlk növbədə aşağı vəzifədən başlamalısınız.

Cavab yazın