Kabel

Salam hər kəsə. UTP kabellərdən hansısa 100 metrdən daha çox siqnal ötürə bilir ? Məsələn cat6 ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1109 dəfə

Cavablar ( 3 )

  1. Salam Amir bəy.

    Sual kifayət qədər böyük cavab tələb edir. Güman edirem ki, ümumi məlumatlardan “yola çıxıb” düzgün istiqamətdə gedə bilərsiniz.

    Ethernet (Traditional 10 Mbps)

    kabel

    Fast Ethernet (100 Mbps)

    kabel1

    Gigabit Ethernet (1 Gbps)

    kabel 2

    10-Gigabit Ethernet (10 Gbps)

    kabel 3

    Cədvəllərdə aydın  formada yazılıb hamısı, sadəcə hansı kabel və necə istifadə edəcəyinizdən asılıdır.

    Cədvəllər CompTİA kitabından (Darril Gibson) götürülmüşdür. 

    Qeyd: Sualların başlıqlarını tam və anlaşılan formada yazmağa çalışın. Məsələn “Şəbəkə kabelinin maksimum uzunluqu” və s.

  2. Salam.

    Teorik cəhətdən CAT5 və CaT5e də sizə 100 metr üçün bəsdir. 90 metr trayektoriyası, 10 metr isə patchpaneldən sonrakı hissə. Yəni CAT6 da 100 metr max olaraq dəstəkləyir. Əsas məsələ əlaqənin 100BASE-T (fastEthernet-100mbit/s) olmaısıdır. 1000BASE-T üçün ( gigabyte ethernet- 1Gbit/s) məsafə 55 metrə düşür.

    Lakin siz həmçinin kabel istehsalçısının yaxşı keyfiyyətdə kabel istehsal etdiyini bilməlisiniz. Təcrübəmdən bilirəm ki, cat6 60 metr uzunluqda çalışmırdı. Başqa istehsalçının kabelini istifadə edəndən sonra problem həll edilmişdi..

    Misal olaraq istehsalçılardan Nexans, Exel yaxşı keyfiyyətdə məhsul istehsal edir.

  3. Amir bəy, cat6  shelded legrand kablolardan tez-tez istifadə edirik, bəzi hallarda kabel çəkən yoldaşlarımız tənbəllik edib kabeli 120 m-lik də çəkirlər, düzünü deyim, paçkordsuz, birbaşa rj45 yuranda kablonun başlarına  işləyir amma qısa zamandan sonra, bəzən yüksək sürətdə ötürmələrdə dərhal özünü büruzə verir. Təcrübəmə əsasən mən bunun tərəfdarı deyiləm.

Cavab yazın