KB 2859537 Update-dən sonra proqramlar açılmır, 0xc0000005 xətasının həlli

Salam dostlar. Yenicə qarşılaşdığım bir problemin həllini sizlərlə paylaşıram.

Deməli, KB2859537 (Yeniləmənin yayımlanma tarixi: Avqust 13, 2013) yükləməsindən sonra kompüterlərin çoxunda (Windows 7 x64) 0xc0000005 xətası ilə qarşılaşırdım. Heç bir proqramı açmaq olmurdu. Həlli KB 2859537 update-ni silmək və kompüteri yenidən başlatmaqdır. Aşağıdakı keçiddə yeniləmənin detalları ilə tanış ola bilərsiniz.

http://support.microsoft.com/kb/2859537

 

Update silmək üçün CMD-də  wusa.exe /uninstall /kb:2859537   əmrindən və ya

İdarəetmə Paneli\Proqramlar\Proqramlar və Xüsusiyyətlər -də Quraşdırılmış Təzələmələri Göstər deyərək əllə silə bilərik.

 

İngilis dilində olan əməliyyat sistemləri üçün:

 

Start – > Control Panel -> Programs and Features – > Sol menudan Show Installed Updates uzərinə tıklayın,

Açılan səhifədə update-i tapıb, üzərində sağ düyməni basıb, Uninstall edin.

 

Uğurlar.

Səs: +20. Bəyənilsin Zəifdir

Baxılıb: 1747 dəfə

Cavablar ( KB 2859537 Update-dən sonra proqramlar açılmır, 0xc0000005 xətasının həlli )

  1. Göstərilən metodla, daha yeni Update-lərin nömrəsini də qeyd edərək, silmək olar.

    Uğurlar.

Cavab yazın