Lenovo T430 USB 3.0 problemi

Salam Lenovo T430 laptopuna USB 3.0 flash’dən əməliyyat sistemi yazmaq istəyirəm. Amma Laptopu yandırıb F12 düyməsini sıxdıqda flash’mi görmür. Ancaq HDD görür. Biosdan auto deyə seçilib USB 3.0. Enable elədim yenə həmin vəziyyət. Qeyd edim ki, digər T430 laptopda yoxladım onda normal işləyir. 2 ədə USB 3.0 portu var hər 2sində yoxladım, hətda USB 2.0 portunda da yoxladım flash’i oxumur. Amma my computer’dən daxil olanda flash’in laptopa qoşulu olduğunu görsədir. Və içinə daxil ola bilirəm. Necə edim ki, oxusun flash’i ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 615 dəfə

Cavablar ( 3 )

  1. Salam İdris bəy,

    Fləş kartdan boot ola bilmir yoxsa fləş kartı görə bilmir ?

  2. Salam. Eyer komputer acilirsa (yeni sistem) biosu prohsifka ele yeni versiyasin yaz insaAllah duzeler.

  3. Salam,

    Cavablara görə təşəkkür edirəm amma mən özüm həll elədim. Bilgisayarı yandıranda
    F12–>Application Menu–>Setup–>Startup–>UEFI/Legacy Boot Priority

    Mənim bilgisayarımda UEFI First seçilmişdi deyə görmürdü. Onu dəyişib Legacy Frist elədim. Və USB 3.0 flash’imi gördü.

    Təşəkkür edirəm.

Cavab yazın