Lisenziyalı məhsulların MAK product key ilə aktivləşdirilməsi

Salam! Bəzən lisenziyalı Windows və Office proqramlarını MAK (Multiple Activation Key) ilə aktivləşdirmək lazım olur. Belə halda İnternet bağlantınız varsa Windows və Office üçün aşağıdakı qısa yoldan istifadə edə bilərsiniz:

  • Komanda sətrini inzibatçı hüquqları ilə açırsınız (CMD -> right-click -> Run as Administrator)
  • Inzibatçı deyiliksə, bizdən parol soruşacaq. Parolu düz daxil etdikdən sonra ekranda aşağıdakı sətrləri yazmaqla Əməliyyat sistemini və ya Office MAK açar ilə aktivləşdirmək olar

Windows-un MAK ilə aktivləşdirilməsi üçün

  • Slmgr.vbs /? Yazıb scriptin imkanları ilə tanış oluruq (aktivləşdirmək üçün bu tələb olunmasa da, bunu etməklə script-in nə imkanları olduğuna baxmaq faydalıdır)
  • Bizim MAK açarı daxil etmək üçün slmgr.vbs /ipk 12345-12345-12345-12345-12345 (burada 12345-lərin yerinə Sizin 25 simvolluq MAK açar yazılmalıdır. Düz yazdığınız halda ekranda “Product key successfully changed” yazısını görəcəksiniz.)
  • Aktivləşdirmək üçün isə slmgr.vbs /ato yazmaq kifayətdir.Bundan sonra “Product successfully activated” yazısı çıxmalıdır.

Office də başqa script (ospp.vbs) ilə aktivləşdirmək mümkündür. Məsələn əgər Sizdə x64 Windows dayanıbsa, Siz də 32-bitlik Office 2013 quraşdırmısınızsa onda aktivləşdirmək üçün aşağıdakı sətrlər yarayar. Əvvəlcə 1-2 addımdakını edirik (yuxarıda yazılanlara baxın) sonra

  • cscript “C:\Program Files (x86)\Microsoft Office\Office15\”ospp.vbs /inpkey:12345-12345-12345-12345-12345 yazmaqla bizim lisenziya açarını daxil edirik. (burada 12345-lərin yerinə Sizin 25 simvolluq MAK açar yazılmalıdır. Düz yazdığınız halda ekranda “Product key successfully changed” yazısını görəcəksiniz.). Əgər sadəcə cscript “C:\Program Files (x86)\Microsoft Office\Office15\”ospp.vbs yazsanız əlavə imkanları öyrənə bilərsiniz.
  • cscript “C:\Program Files (x86)\Microsoft Office\Office15\”ospp.vbs /act yazmaqla Office proqramını uğurla aktivləşdirə bilərik.

Qeyd etməliyəm ki, 5-6 kompüter üçün bu üsül yaxşıdır. Amma kompüterlərin sayı çox olan yerdə KMS (Key Management Server) istifadə etmək daha əlverişli və təhlükəsizdir. Uğurlar!

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1555 dəfə

Cavablar ( Lisenziyalı məhsulların MAK product key ilə aktivləşdirilməsi )

  1. Faydalı məlumat üçün təşəkkürlər.

Cavab yazın