Localhostu internetə necə çıxarda bilərəm?

Salam. Men Windows Server 2012 üzərində İİS ilə localhostda sayt qurmusam. Domen-də almısam. Mən localhostu internete necə cıxara bilərəm? İSP-dən statik ip-də almışam.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1619 dəfə


Bu sual HDD-i necə sıfırlayım? məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 2 )

  1. Salam,

    Domaini aldığınız şirkətin Sizə məxsus olan accountunda bu domaini hansı hosta yönləndirməyiniz haqda bölmə olmalıdır. Orada Sizə aid static addressi yazın. Əgər ev şəraitində modem > kompüter prinsipi ilə qoşmusunuzsa modemin daxilində port forwarding hissədən 80 -ci (əgər http olarsa ) portu daxildə olan İİS serverinizin private İP-nə yönləndirməlisiniz.

    P.S : Domaini static İP yönləndirdikdən sonra müəyyən qədər vaxt gözləyə bilərsiniz ki aktivləşsin.

  2. Salamlar,

    Hikmət bəyin qeyd etdiyi addımları həyata keçirdikdən sonra, sorğuların tam doğru formalaşmasını və gələcəkə bir neçə saytın eyni İP üzərindən kənara çıxarılmasını təmin etmək üçün İİS üzərində Binding əməliyyatlarını aparmağa ehtiyac var.

     

    1. Binding -tənzimləmək.

    Bind-İİS-1-TechNet.Az

     

     

     

     

     

     

     

     

     

     

    Bind-İİS-2-TechNet.Az

     

     

     

     

     

     

     

     

    Bind-İİS-3-TechNet.Az

     

     

     

     

     

     

     

    2. Minimum təlhükəsizlik üçün Brute-force tipli, DDoS tipli müdaxilələrin qarşısını (minimal səviyyədə olsa belə)  almaq üçün Dynamic Restriction funksionllığını aktivləşdirmək.

    Bind-İİS-4-TechNet.Az

     

     

     

     

     

    3. Request Filtering  vasitəsilə qaydalar tətbiq edərək SQL İnjection tipli sorğuların minimal qaydada qarşısını almaq.

    Configure Request Filtering in IIS

    4. Ehtiyac olmayan əlavə modulları İİS üzərindən ləvğ etmək.

    Uğurlar

Cavab yazın