Logon failure – Error 1069

Salamlar.

Windows-da Administrator (və ya SQL Servisləri icra edən istifadəçi) şifrəsini dəyişdikdən sonra bu xəta ilə qarşılaşdım: Error 1069, Cann`t start services, Logon failure.

Bunu aradan qaldırmaq üçün, servislərin üzərində, istər Start -> Microsoft SQL Server 2008 -> Configuration Tools -> SQL Server Configuration Manager menusundan daxil olub lazımi servislərin üzərində sağ düyməni sıxaraq, Properties-dən Log on lövhəsində istifadəçini yenidən daxil edin.

Uğurlar.

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 562 dəfə

Cavablar ( Logon failure – Error 1069 )

  1. Çox sağol İsmayıl bəy.

    Digər dostlarımız üçün yararlı olsun deyə mövzunuza bir neçə qaynaq əlavə edirəm. Microsoft şirkəti Server 2008 R2 vasitəsilə server xidmətlərinə Managed Service Account adlı yeni bir funksionallıq əlavə edib.

    Managed Service Account nədir ?

    Müəyyən servislərin idarə olunması üçün (msial: SQL, Lync) müəyyən hesablara ehtiyac var ki, biz qurulumları gerçəkləşdirən zaman həmin servislərin əksəriyyəti qurulum gerçəkləşdirdiyimiz hesaba bağlanır. Hər hanıs bir şifrə dəyişikliyi və s. zamanı həmin servislərin işində çox zaman kəsinti yaranır. Microsoft şirkəti bu tip kəsintiləri önləmək üçün Server 2008 -dən sonrakı sistemlərə Managed Service Account xidmətini əlavə edib.

    Qaynaqlar.

    What’s New in Service Accounts

    Introducing Managed Service Accounts

    Creating a Managed Service Account

    Create Managed Service Accounts with PowerShell

    Uğurlar

Cavab yazın