Məqalə yazmaqla bağlı

Salamlar.

1) İlk sualım budur ki, hansı istifadəçinin məqalələrində ” Məqaləni nece yazmaq lazımdır”  adlı və ya buna oxşar məqalə var? Məqalə yazmaq haqqında göstərişlər olsun.

2) Yazdığımız məqaləni save edib, ardını sonra davam etmək olur?

3) Məqaləmizi yazıb göndərməmişdən öncə onu checking edib necə özümüz baxa bilərik, görək necə alinıb. Sonra isə göndərək İnŞaAllah…

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1840 dəfə

Cavablar ( Məqalə yazmaqla bağlı )

  1. Orxan bəy, salam.

    Məqalə yazmağa yeni başlayan dostlarımız, ilkin olaraq məqaləni istənilən mətn redaktorunda yazmaqla aşağıdakı mailə göndərə bilərlər.

    Məqalə yazarkən mətn və şəkillərdə heç bir reklam, fərdi məlumatlar (e-mail, Public İP və s. kimi) olmamalıdır. Şəkillər keyfiyyətli və aydın olmalıdır. Ekranın şəkillərini götürmək üçün MƏQALƏ-dən yararlanın. Həmçinin, şəkillər həm mətnin içində və ayrı fayl şəklində göndərilməlidir.
    Məqalədə ən əsas meyar mövzunun tam əhatə edilməsi və səlis, doğru, düzgün yazılmasıdır. Buna görə məqalə yazmazdan öncə müxtəlif mənbələrdən araşdırmaetmənizdə fayda var. Bu həm məqalənin keyfiyyətli alınmasın, həm də biliklərinizin yenilənməsinə səbəb olacaq.
    Müəyyən sayda məqalələr yazdıqdan sonra müəlliflərə saytda məqaləni yerləşdirə bilmək hüquqları təmin ediləcək.

    Məqalələrin formatı ilə bağlı digər dostların məqalələrindən nümunə kimi istifadə edə bilərsiniz.

    Uğurlar.

Cavab yazın