MS SQL Lisenziyası hardan almaq olar?

Salam Aleykum,

Əvvəlcə foruma görə bu işdə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm.

İşimlə əlaqədar müştərilərə verilən təkliflərə MS SQL lisenziyasını da daxil etməliyəm. Məni maraqlandıran MS SQL 2008 Standart Edition R2 proqramı lisenziyasıdır.
Azərbaycanda bu proqramın lisenziyanın təmini ilə əlaqədar hara müraciət etməliyəm?

Əvvəlcədən təşəkkür edirəm.

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 1654 dəfə

Cavablar ( 3 )

  1. Salam Aleykum
    Elşad bəy, Microsoft Azərbaycanla əməkdaşlıq edən şirkətlərin siyahısı http://www.pinpoint.microsoft.com/en-AZ/companies/search?fcrc=AZE&sort=rating&q=Azerbaijan keçidində var.
    Zaman keçdikcə, əlavələr də olunacaq, İnşAllah.
    Buradakı şirkətlərlə əlaqə saxlayıb, istədiyiniz məlumatı əldə edə bilərsiniz, İnşAllah.

  2. Elşad bəy, mən siyahıdakı firmalardan Caspel və Softline ilə əlaqə saxladım, öz razılıqları ilə satış menecerlərinin elektron ünvanını paylaşıram. Sizə lazım olan lisenziyaların siyahısını göndərin və daha ətraflı məlumatı özlərindən alın, zəhmət olmasa.

    Softline Satış Şöbəsi – [email protected]

    Caspel Satış Şöbəsi – [email protected]

    Uğurlar..

    Qeyd: İnformasiya reklam xarakterli deyil, rəsmi mənbə http://pinpoint.micr…ng&q=Azerbaijan

  3. Hal-hazırda SQL 2008 və ya aşağı versiyaları əldə etmək üçün hökmən SQL 2012 alınmalıdır. SQL-in licensiyazı ilə bağlı (qiymətdən savayı) bütün suallarınıza bu linkdə cavab tapa bilərsiniz: SQL Licensing Guide

Cavab yazın