Netbios ilə WINS fərqi nədir?

Salam dostlar. Zəhmət olmasa deyin görək Netbios və WINS nədir?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1761 dəfə

Cavablar ( 3 )

  1. Netbios ( Network Basic Input/Output System )-şəbəkə daxilindəki cihazların birbirləri ilə əlaqə qurmasını təmin edən bir API’ dır. Netbios bir protokol olarak bilinsədə əslinda bir protokol deyil, əksinə protokol üzərindən əlaqə quran bir API dir. Microsoft’ un windows əməliyyat sistemləri üçün Netbios’ u inkişaf etdirməsi ilə artıq TCP/IP protokolu üzərində işləyir.NETBIOS adları isə mühitə girən bir kompüter broadcast olaraq bütün kompüterlərə istifadə istədiyi adı söyləyər və əgər bu adı istifadə və buna etiraz edən biri çıxmazsa bunu istifadə etməyə davam edər, belə bir quruluşda çalışdığı üçün internet kimi böyük şəbəkələrdə istifadə olunmaz

     

    WINS-(Windows Internet Name Service)

    Microsoft tərəfində NetBIOS adlarını tapmaq üçün inkişaf etdirilən bir servisdir. Windows NT bəri olan və server əməliyyat sistemlərində əlavə bir xərci olmadan istifadə oluna bilən bir servisdir.WINS daxilində NetBIOS adlara qarşılıq ip adresləri vardır və bir istifadəçi kompüterə WINS server ip ünvanı müəyyən etmişdirsə NetBIOS adları üçün təhlil nöqtəsində broadcast mesaj yerinə WINS -dən soruşar və lazımsız network trafiki meydana gətirməz.Artıq demək olar ki WINS istifadə olunmur

     

    Səhvlərimə görə üzr istəyirəm 🙂

    • Abasəli bəy, salam.

      Gözəl və dolğun cavab üçün təşəkkür edirik. Sıralarımıza qatılıb, aktivlik göstərdiyiniz üçün çox şadıq.

      Təşəkkürlər.

  2. Əleykum salam , Elvin bəy

    Çox təşəkkür edirəm

     

Cavab yazın